“İstəyim xalqımıza keyfiyyətli, unudulmaz musiqilər təqdim etməkdir” Səlim Abbasov
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
“Mən hər zaman yeni layihələrimlə, keyfiyyətli musiqilərimlə çalışıram ki, həm öz yaxınlarımı, dostlarımı, həm sənətsevərləri, həm də özümü sevindirim. 2025-ci il ümumən götürsək, mənim üçün çox uğurlu oldu. Amma bəzi layihələrim, kompozisiyalarım vardı ki, onları çatdıra bilmədim. Çünki işlərim, səfərlərim, konsert proqramlarım, tədbirlər çox oldu”.
Bunu 525.az-a açıqlamasında Əməkdar artist Səlim Abbasov deyib.
“Həmin layihələrimi 2026-cı ilə saxlamışam. Bu il bir-birindən gözəl mahnılarım işıq üzü görəcək. Onlardan Azərbaycan-Türkiyə qardaşlığına həsr etdiyim mahnım inanıram ki, dinləyicilər tərəfindən çox seviləcək. Eyni zamanda, sevgiyə həsr olunmuş mahnılarım var ki, onlar da sevənlərin könlünü oxşayacaq.
Ulu Öndərimiz Heydər Əliyevin çox gözəl bir sözü var: “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!” Biz də bu fəxarət hissi ilə demək olar ki, bütün dünyanı gəzib konsertlər verir, milli musiqimizi xarici ölkələrdə təmsil edirik.
Bildiyiniz kimi, mən həm də dünya şöhrətli müğənnimiz Zeynəb xanım Xanlarova ilə birlikdə çalışıram. Bununla da fəxr edirəm”, - deyə tanınmış müğənni əlavə edib.
Vətənpərvərlik mövzulu tədbirlərdə, Qarabağda keçirilən musiqi layihələrində tez-tez iştirak etdiyini deyən Əməkdar artist bu böyük qələbəmizi yaradıcılığında da yaşatdığını bildirib:
“Artıq beş ildir ki, Qarabağımıza – o gözəl, azad Vətənimizə də səfərlərimiz olur, orada müxtəlif tədbirlərdə, festivallarda, konsertlərdə çıxış etmək şansı qazanmışıq. Cənab Prezidentimizin uzaqgörən siyasəti, əyilməz iradəsi, ordumuzun gücü sayəsində bu gün biz olduğumuz hər yerdə Qarabağımızdan ağız dolusu danışa bilirik. Hətta əvvəllər Azərbaycanı bir ölkə kimi tanımayanlar indi bizi qalib ölkə kimi tanıyır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin! Biz mədəniyyət adamları da çalışırıq ki, bu qələbəmizi öz yaradıcılığımızda yaşadaq. Mənim “Şəhidlər ölməz” kompozisiyam var və həmin kompozisiya ilə mən şəhidlərimizə həsr olunmuş yüzlərlə tədbirdə çıxış etmişəm.
Eyni zamanda ordumuzun qələbəsinə həsr etdiyim “Qələbə marşı” da çox sevildi və vətənpərvərlik ruhlu tədbirlərimizdə məndən tez-tez istənilən musiqiyə çevrildi. Onu da qeyd edim ki, mənim əksər mahnılarımın müəllifi Fuad İbrahimovdur. Musiqisini isə özüm yazıram. Aranjıman isə Anar Abbasova məxsusdur. İstəyim xalqımıza keyfiyyətli, unudulmaz musiqilər təqdim etməkdir”.
Şahanə Müşfiq
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 12 Yanvar 2026 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















