İsti havada avtomobillərdə mobil telefon saxlayanlara XƏBƏRDARLIQ
Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Park halında olan avtomobilin əvvəlcə içərisində olan mobil telefonlar alışır... Sonra isə maşının özü yanmağa başlayır...
Metbuat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.
Təhlükəsizlik üzrə ekspertlər deyirlər ki, havanın temperaturunun yüksək olduğu günlərdə avtomobil salonunda istilik təhlükəli həddə çata bilər. Bu səbəbdən alışqan, mobil telefon, poəerbank və digər batareya ilə işləyən cihazları avtomobildə qoyub getmək ciddi risklər yarada və arzuolunmaz nəticələrə səbəb ola bilər.
Yay aylarında nəqliyyat vasitəsini kölgədə saxlamaq, zərurət yarandıqda isə avtomobilin ön şüşəsinə xüsusi günəşdən qoruyucu örtük yerləşdirmək tövsiyə olunur.
Ekspert onu da bildirdi ki, avtomobilin mühərrik bölməsində yanacaq sızması, elektrik naqillərində qısaqapanma və ya izolyasiyanın zədələnməsi, akkumulyator və elektrik sistemindəki nasazlıqlar da yanğına səbəb ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:204
Bu xəbər 21 İyun 2026 22:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















