Icma.az
close
up
RU
XƏBƏRDARLIQ: İsti havada belə yeyib için

XƏBƏRDARLIQ: İsti havada belə yeyib için

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Son günlər havaların daha da isti keçməsi özü ilə bir sıra problemlər gətirib. 

Belə ki, yüksək temperaturun olması müxtəlif xəstəlikləri olan insanlara mənfi təsir göstərir. Mütəxəssislər isə yay aylarında havanın temperaturunun yüksəlməsi ilə əlaqədar vətəndaşlara maye istehlakına və qidalanmaya diqqət barədə xəbərdarlıq ediblər. 

Bildirilib ki, isti hava və rütubətin səviyyəsinin yüksəlməsi xüsusilə yaşlıların, hamilə qadınların, uşaqların və xroniki xəstəlikləri olanların səhhətində ciddi problemlər yarada bilər. 

Bu səbəbdən susuzluğun qarşısının alınması, günəşdən qorunma, balanslı qidalanma və sərin mühitlərdə olmaq kimi tədbirlərlə riski böyük ölçüdə azaltmağın mümkün olduğu vurğulanır. 

Belə ki, həddindən artıq istidə itirilən su və mineralları tarazlaşdırmaq üçün gündə ən az 2,5-3 litr su içmək tövsiyə edilir. Həmçinin qeyd olunub ki, çay, qəhvə və qazlı içkilərin istehlakı məhdudlaşdırılmalı, bunun əvəzinə ayran və mineral su kimi mineral dəstəkli içkilərə üstünlük verilməlidir. 

Günəş işığının təsirinin ən güclü olduğu saat 11:00-16:00 arasında mümkün qədər çölə çıxmamaq tövsiyə edilir, qidalanma vərdişlərinin hava istiliyinə uyğun tənzimlənməsinin vacibliyi vurğulanır. 

Eləcə də qeyd edilir ki, həddindən artıq isti havada ağır, yağlı, qızardılmış qidalardan uzaq durulmalı, təzə meyvə və tərəvəz istehlakı artırılmalıdır. Yeməklər kiçik hissələrdə və tez-tez, fasilələrlə istehlak edilməlidir. 

Xüsusilə qarpız və qovun kimi tərəvəzlərə üstünlük verilməlidir. İsti və rütubətli havada məşq etmək bədəni gərginləşdirə və ürəyə həddindən artıq yük yarada bilər. 

Buna görə də intensiv fiziki fəaliyyətdən qaçmaq lazımdır. Fiziki fəaliyyət səhər tezdən və ya axşam sərin bir vaxtda həyata keçirilməli, məşqdən əvvəl, məşq zamanı və məşqdən sonra kifayət qədər su istehlak edilməlidir. 

Azərbaycanda da son günlər havaların isti keçməsini nəzərə alaraq vətəndaşların mütəxəssislərin tövsiyələrinə riayət etmələri vacibdir. 

Nigar 
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 İyul 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri