Icma.az
close
up
RU
Yuxuya tez getmək üçün qaydalar Nevroloqdan məsləhətlər

Yuxuya tez getmək üçün qaydalar Nevroloqdan məsləhətlər

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Möhkəm və sağlam yuxu yaxşı əhvali-ruhiyyə və yüksək məhsuldarlığın əsas şərtlərindən biridir. Lakin müasir həyat tərzi, stres və elektron cihazların (qadjetlərin) daimi istifadəsi yuxuya getməkdə çətinliklərə və yuxu keyfiyyətinin pozulmasına səbəb ola bilər.

Oxu.Az-ın iz.ru portalına istinadla verdiyi məlumata görə, rusiyalı nevroloq Yekaterina Demyanovskaya keyfiyyətli yuxu üçün vacib məsləhətlər verib.

Onun sözlərinə görə, sağlam və dərin yuxu üçün düzgün hazırlıq olduqca vacibdir.

"Rahat mühit yaradın"

"Yaxşı yuxu üçün ilk növbədə rahat bir mühit yaradılmalıdır: otaqda sərinlik (təxminən 21°C), 45%-dən yuxarı rütubət və tam qaranlıq təmin edilməlidir. Çünki melatonin hormonu yalnız qaranlıqda ifraz olunur. Bu səbəbdən yatmazdan əvvəl otaq havalandırılmalı, işıqlar söndürülməli və pərdələr çəkilməlidir.

Ekranlı cihazlar - telefon, planşet, kompüter - yuxudan ən azı 1-2 saat əvvəl kənara qoyulmalıdır. Çünki bu cihazların yaydığı mavi işıq beynin melatonin istehsalına mane olur. Yatmazdan əvvəl sakitləşdirici fəaliyyətlər - gəzinti, nəfəs məşqləri, meditasiya və ya isti vanna - tövsiyə olunur. Bunlar stresi azaldır və əzələ gərginliyini aradan qaldırır", - deyə nevroloq bildirib.

"Nə ac qalın, nə də ağır qidalar yeyin"

Həkim axşam saatlarında ağır yeməklərdən uzaq durmağı da tövsiyə edib.

"Yağlı və ədviyyatlı yeməklər narahatlıq yarada bilər. Amma ac yatmaq da düzgün deyil. Yüngül bir qəlyanaltı - məsələn, bir banan və ya ovuc içi qədər qoz-fındıq - daha rahat yuxuya getməyə kömək edə bilər.

Şirin, kofeinli və spirtli içkilər isə yuxudan təxminən 5-6 saat əvvəl qəbul edilməməlidir. Onların əvəzinə çobanyastığı, melissa, nanə çayı və ya isti süd içmək tövsiyə olunur. Bu içkilər sinir sistemini sakitləşdirir və yuxunu asanlaşdırır", - deyə Yekaterina Demyanovskaya sözlərini yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Aprel 2025 02:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri