Icma.az
close
up
RU
İsti havada bu içkiləri içməyin!

İsti havada bu içkiləri içməyin!

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

İsti havada orqanizmin normal fəaliyyətini təmin etmək və sağlamlığı qorumaq üçün insan kifayət qədər maye qəbul etməlidir.

Saglamolun.az bildiri ki, isti havada orqanizmdə susuzlaşma prosesi baş verir ki, qan qatılaşır, damarlarda trombların əmələ gəlməsi riski olduqca çox olur. Bu tromblar çox təhlükəlidir. Tromb damarlarda qan axını ilə hərəkət edə bilər. Beyin və ya ürəyin damarına düşdükdə tromb damarı bağlaya bilər. Bu isə infarkt və ya insultun inkişafı deməkdir. Son zamanlarda infarkt və insultun sayı ildən ilə artır. Bu ağır pozulmalar çox cavan insanlarda, hətta uşaqlarda inkişaf edir.

İsti havada bu pozulmaların əsas profilaktik tədbirlərindən biri kifayət miqdarda mayenin qəbul edilməsidir. Həkimlər "maye" dedikdə təmiz su nəzərdə tuturlar. Təəssüf ki, müasir insanların əksəriyyəti adi su içmir. Su şirin qazlı içkilər, müxtəlif "enerji" və s. kimi ziyanlı içkilərlə əvəz olunub. İlk növbədə qeyd etmək lazımdır ki, bu içkilər susuzluğun inkişafından qorumur əksinə, orqanizmi daha da susuzlaşdırır. Beləliklə, insan maye içir, lakin susuzluq azalmır, əksinə artır.

Digər tərəfdən bu içkilərin müntəzəm qəbulu sümüklərin vəziyyətinə çox mənfi təsir edir, sümüklərdən kalsiumun yuyulmasına səbəb olur. Bu xüsusilə uşaqlar və yaşlılar üçün təhlükəlidir. Uşaqların skeleti formalaşır, sümüklər möhkəmlənir. Şirin qazlı içkilərin həddindən artıq miqdarda qəbulu bu prosesi pozur, uşağın sümüklərini daha kövrək edir.

Yaşlı insanlarda sümük toxumasının azalması prosesi gedir. Bu orqanzmin ümumi qocalması ilə əlaqəli olan fizioloji prosesdir. Şirin qazlı içkilərin qəbulu bu prosesi daha da sürətləndirir.

Beləliklə, sağlamlığı qorumaq istəyən insan adi təmiz suya üstünlük verməlidir.

Hörmətli valideynlər! Uşaqları kiçik yaşlardan "cola" və "pepsi" deyil, təmiz su içməyə öyrəşdirin. Adətən valideynlər uşağın qidalanmasına fikir verir, lakin mayenin qəbuluna ciddi yanaşmırlar. Bu çox böyük səhvdir. Sağlamlığın təməli məhz uşaq vaxtlarında qoyulur və uşaqda düzgün vərdişləri formalaşdırmaqla biz, valideynlər, onu sağlam və möhkəm böyüdə bilərik.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 00:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see415

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see278

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see277

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see275

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see261

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see257

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see243

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see237

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see234

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see212

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see202

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see197

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see196

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see192

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see191

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see191

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see183

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see168

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see168

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri