Icma.az
close
up
RU
İsti havaların görünməyən təsiri: Beynimiz əriyir

İsti havaların görünməyən təsiri: Beynimiz əriyir

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

Qlobal istiləşmə insan beyninə ciddi təsirlər göstərir. Araşdırmalara görə, istilik dalğaları beyin funksiyalarını zədələyir, nevroloji xəstəliklərin gedişatını ağırlaşdırır.
Mütəxəssislər bildirirlər ki, artan temperatur epilepsiya, insult, ensefalit, miqren, skleroz və digər xəstəliklərin simptomlarını gücləndirir. 2003-cü ildə Avropada və 2022-ci ildə Böyük Britaniyada baş verən istilik dalğaları zamanı ölümlərin təxminən 7%-i birbaşa nevroloji problemlərlə bağlı olub.
Beyin hüceyrələri temperatur dəyişikliyinə son dərəcə həssasdır. Ən kiçik istilik artımı belə neyronların fəaliyyətini poza və qərarvermə qabiliyyətini zəiflədə bilər. Araşdırmalar göstərir ki, isti havada insanların daha əsəbi, aqressiv və depressiyaya meyilli olur. İnsult və ölüm hallarının artdığı da sübut olunub.
Xüsusilə yaşlılar və xroniki xəstəlikləri olanlar risk altındadır. Hamilə qadınlar üçün də təhlükə mövcuddur: aparılan elmi təhlillərə əsasən, isti hava vaxtından əvvəl doğuş riskini 26% yüksəldir . Bu isə körpələrdə zehni inkişaf problemlərinə səbəb ola bilər.
Mütəxəssislər həmçinin xəbərdarlıq edirlər ki, istiliyin təsiri ilə qan-beyin baryeri zəifləyir və virusların beyinə keçməsi asanlaşır . İqlim dəyişikliyi ilə əlaqədar ağcaqanadların çoxalması "Zika" və "Denqu" kimi nevroloji fəsadlara səbəb ola biləcək virusların yayılmasını sürətləndirir.
Elm adamlarının qənaətinə görə, beynin istiliyə həssaslığı hələ tam öyrənilməyib. Bununla belə, artıq məlumdur ki, qlobal istiləşmə xəstəlikləri artıracaq, xüsusilə də aşağı və orta gəlirli ölkələrdə daha ağır nəticələr doğuracaq.
BMT baş katibi Antonio Quterreşin təbirincə, “Qlobal istiləşmə dövrü başa çatıb, qlobal qaynamanın dövrü başlayıb”. Alimlər xəbərdarlıq edirlər ki, bu proses beynimiz üçün də ciddi təhlükələr yaradır.
M. Həsənli
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azvision.az
archiveBu xəbər 17 Avqust 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see300

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see288

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see272

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see262

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see262

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see258

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see256

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see241

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see239

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see235

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see229

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see216

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see195

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see194

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see193

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see190

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see188

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see187

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see172

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri