Icma.az
close
up
RU
İstiləşmə dövrünün qızmar yayı

İstiləşmə dövrünün qızmar yayı

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

BMT xəbərdarlıq edib: Yanacaqlardan asılılıq “Dünya evi” üçün ciddi təhlükədir

Son məlumata görə, BMT-nin iqlim dəyişikliyi üzrə icraçı katibi Saymon Still bu barədə açıqlamasında bildirib: “İqlim fəlakəti ilə bağlı həyəcan siqnalı artıq hər tərəfdən səslənir. İqlim böhranının dəhşətli fəsadları həm insanlar, həm də iqtisadiyyatlar üçün milli fövqəladə hallar səviyyəsinə çatır”.

Qeyd edildi ki, Avropada 250 min hektardan çox meşə ərazisi yanıb, 2026-cı ilin əvvəlindən bəri 1254 yanğın qeydə alınıb. İsti hava dalğaları nəticəsində Fransa, İspaniya və Avropanın digər yerlərində rekord səviyyədə meşə yanğınları baş verir, onlar kütləvi təxliyələrə səbəb olur, regional və milli iqtisadiyyatlara zərbə vurur. Şimali Afrikada 49 dərəcə Selsiyə yaxınlaşan temperatur həyatı və dolanışıq vasitələrini ciddi təhlükə altına alır, xəstəxanalar və enerji sistemləri yüksək gərginlik altında qalır. Çilidə ölümcül fırtınalar evləri və həyatları məhv edir. Yaponiyada isə temperatur indiyə qədər qeydə alınan ən yüksək həddə - 40 dərəcə Selsiyə çatır.

Xatırladaq ki, 1992-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) qəbul edilib. Bu sənəd atmosferdə istixana qazlarının konsentrasiyalarını sabitləşdirərək “insanların iqlim sisteminə təhlükəli müdaxiləsi” ilə mübarizə aparmaq üçün 154 dövlətin imzaladı beynəlxalq müqavilədir. Çərçivə Konvensiyası atmosferdə istixana qazlarının konsentrasiyalarının iqlim sisteminə təhlükəli antropogen, yəni insan səbəbli müdaxiləsinin qarşısını almaq məqsədini daşıyır.

Bununla bağlı Kioto protokolu və sonra onu əvəz edən Paris sazişi, Monreal protokolu, eləcə də digər sənədlər dövlətlərin istixana qazlarının antropogen emissiyalarını məhdudlaşdırmaqla iqlim dəyişmələrinin yumşaldılmasına dair öhdəliklərinə əməl etmələrini nəzərdə tuturdu. Amma göründüyü kimi, bütün bunlar qlobal temperatur artımını 1,5 °C-dən aşağı saxlamaq kimi iddialı məqsəd üçün yetərli olmayıb. Biomüxtəlifliyin itirilməməsi üçün mümkün icra mexanizmləri daha da təkmilləşdirilməli, istixana qazları emissiyaları üçün tarixi məsuliyyət - iqlim ədaləti artırılmalı və bu məqsədlə inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi (məsələn, Yaşıl İqlim Fondu vasitəsilə) gücləndirilməlidir.

Hələ 2 il əvvəl Çərçivə Konvensiyasının icraçı katibi vacib addımları ehtiva edən Milli Fəaliyyət Planında müəyyən edilmiş yeni öhdəliklərin qəbulu və icrasının 2030-cu ilə qədərki dövrü əhatə etməsi iqlim fəsadlarının iqtisadiyyata və milyardlarla insanın həyatına vurduğu zərərin qarşısını almaq üçün yetərli deyil. Odur ki, daha cəsarətli yeni planlar tərtib olunmalı, iqlim dəyişikliyinin səbəb olduğu böhranın aradan qaldırılmasına və ayrı-ayrı ölkələrin, eləcə də həmin ölkələrin əhalisinin həyatının çiçəklənməsinə çalışılmalıdır.

Son xəbərdarlıqla bağlı isə Saymon Still bildirib ki, bəşəriyyət qazıntı yanacaqlarından təmiz enerjiyə çox yavaş keçir və meşələri kifayət qədər qoruya bilmir. Bu üzdən də sürətlə istiləşən dünyada spiralvari fəlakətlər reallığa çevrilir. Elmi cəhətdən birmənalı olan səbəb budur ki, dünyada külli miqdarda kömür, neft və qaz yandırılması nəticəsində yaranan qlobal istiləşmə uzunmüddətli isti dalğaları, şiddətli daşqınları və fırtınaları intensiv hala gətirir. “Nə edilməli olduğu da eyni dərəcədə aydındır: kömür, neft və qazı daha tez müddətdə geridə qoymaq, bərpaolunan, alternativ enerji mənbələrini genişləndirmək və ən çox təsirə məruz qalan yerlərdə insanları qorumaq lazımdır”, - deyə icraçı direktor əlavə edib.

Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) bildirib ki, etibarlı monitorinq, proqnozlaşdırma, sərhədlərarası məlumat mübadiləsi və erkən xəbərdarlıqlar həyatları, dolanışıq vasitələrini və ekosistemləri qorumaq üçün çox vacibdir. Təşkilat “Hamı üçün erkən xəbərdarlıqlar” təşəbbüsü ilə standart çərçivələrin təşviqi, qarşılıqlı fəaliyyətin gücləndirilməsi və yanğın hava xidmətləri üzrə beynəlxalq əməkdaşlığın inkişafı yolu ilə bu səyləri irəli aparır.

BMT-nin başlıca məramı budur ki, atmosferə atılacaq istixana qazlarının həcmi 2019-cu ilə nisbətdə 2030-cu ildə 43 faiz, 2035-ci ilədək isə 60 faiz azaldılsın. Bu isə hər bir ölkədən ciddi məsuliyyət və əməli addımlar atmağı tələb edir.

Azərbaycan bir dövlət olaraq, iqlim dəyişmələrinin fəsadlarının azaldılması üzrə geniş fəaliyyət proqramının icrasını prioritet sayır. 2024-cü ilin noyabrında Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasına qatılan ölkələrin bərpaolunan enerji mənbələrindən istifadənin təşviqi, qlobal adaptasiya məqsədləri, eləcə də tükənməkdə olan yanacaq mənbələrindən imtina etməklə bağlı öhdəliklərə sadiqliyini bir daha nümayiş etdirib. Başqa sözlə, COP29 inkişaf etməkdə olan ölkələrin ehtiyaclarının müəyyənləşdirilməsi ilə iqlim maliyyəsi sahəsində konkret və məqsədyönlü nəticələrin əldə olunmasına şərait yaradıb.

Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi vəzifəsi təsis olunub və ekologiya və təbii sərvətlər naziri işləmiş Muxtar Babayev həmin vəzifəyə təyin edilib. Ölkə daxilində və beynəlxalq müstəvidə iqlim dəyişikliyi, “yaşıl enerji” və ekoloji məsələlərlə əlaqədar dövlət başçısının həyata keçirdiyi siyasətin tənzimlənməsi və əlaqələndirilməsi optimal səviyyədə reallaşdırılır.

Energetika nazirliyinin Bərpa Olunan Enerji Mənbələri və Enerji Məsələlərini Tənzimləmə üzrə dövlət agentlikləri də zamanın tələblərinə uyğun fəaliyyət göstərirlər. Ölkəmizdə iqlim pozuntularına səbəb olmayan alternativ (bərpaolunan) mənbələrindən - günəş, külək enerjisi və su (hidro) enerjilərindən istifadə ilbəil genişlənir. Qaradağ Günəş Elektrik Stansiyası kimi böyük günəş parkları, Abşeron yarımadasının güclü külək enerjisi potensialı, dağ çayları üzərində kiçik və böyük su elektrik stansiyaları bu məqsədə xidmət edir.

İyulun 11-də Prezident İlham Əliyev Laçında Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq “Ağbulaq-1”, 14,25 meqavatlıq “Ağbulaq-2” və 4 meqavatlıq “Şeylanlı” su elektrik stansiyalarının onlayn formatda açılışında iştirak edib. Müasir texnologiyalar və beynəlxalq təcrübə əsasında qurulan, SCADA sistemləri ilə təchiz edilən 3 su elektrik stansiyası ölkənin vahid enerji sisteminə inteqrasiya olunaraq il ərzində ümumilikdə 200 milyon kilovatsaatdan çox ekoloji təmiz elektrik enerjisinin istehsalına imkan verəcək. Nəticədə ildə 45 milyon kubmetr təbii qaza qənaət ediləcək, atmosferə təxminən 80 min ton karbon emissiyasının atılmasının qarşısı alınacaq.

Buna qədər də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonası”na çevrilməsi məqsədilə regionda su elektrik stansiyalarının tikintisi istiqamətində davamlı işlər aparılıb. Hazırda ümumi gücü 10,7 MVt olan 3 yeni SES-in tikintisi davam edir və onlar bu ilin sonunadək istismara veriləcək.

Günəş və külək elektrik stansiyaları da ekologiyanın qorunmasına layiqli töhfələrdir. Panel və digər zəruri avadanlıqlar xaricdən alınırdısa, artıq buna o qədər də ehtiyac qalmayacaq. Qobustan rayonu ərazisində 100 meqavat gücündə günəş fotoelektrik stansiyasının tikintisi yekun mərhələdədir. Yaxın vaxtlarda Ələt Azad İqtisadi Zonası ərazisində Çin şirkətinin iştirakı ilə ilkin illik gücü 3 QVt olan günəş panellərinin istehsalı üzrə zavodun tikintisinə başlanacaq. Gələcəkdə bu rəqəm 10 QVt-a çatdırılacaq. Paralel olaraq, külək energetikası üçün komponentlərin, xüsusilə turbin pərləri və qüllələrinin yerli istehsalının təşkili də gündəmdədir.

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) “Günəş PV-nin gələcəyi” adlı hesabatına əsasən, qlobal günəş enerjisi gücünün 2050-ci ilə qədər təqribən 8000 QVt-a qədər artacağı proqnozlaşdırılır. Dünyada yeni bazarlar formalaşdıqca qlobal elektrik enerjisi tələbinin dörddəbirinin günəş enerjisi ilə təmin ediləcəyi vurğulanır. Deməli, iqlim dəyişmələri ilə bağlı problemlərin aradan qaldırılmasına Azərbaycanın töhfələri uzaqgörən siyasətin təzahürüdür.

Bir həftə əvvəl Şamaxıda Azərbaycanın təşkilatçılığı və ev sahibliyi, eləcə də COP31-ə sədrlik edəcək Türkiyə və Avstraliya ilə əməkdaşlıq əsasında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası danışıqlar qruplarının sədrlərinin və UNFCCC-ə tərəf olan dövlətlərin nümayəndə heyətlərinin iştirakı ilə növbəti qeyri-rəsmi toplantısında qeyd edilib ki, qarşıya çıxan əsas çətinliklərin daha çevik həlli yolları mütəmadi müzakirə olunmalı, əlbir fəaliyyət göstərilməlidir.

Göründüyü kimi, Odlar diyarımız iqlim dəyişikliklərinə qarşı mübarizəni intensiv təşviq edir, xarici ölkələrin qabaqcıl təcrübəsindən bəhrələnərək alternativ enerji mənbələrindən istifadəni genişləndirməklə, həm qiymətli yanacağa (neft, qaz) qənaət etməyə, həm də ətraf mühitin qorunmasına nail olmağa çalışır. Bu tendensiya bütün dünya ölkələrini də əhatə edəcəyi təqdirdə dünya iqlim fəlakətləri ilə üz-üzə qalmaz.

Ə.NƏCƏFXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 İyul 2026 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see380

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see371

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see317

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see249

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see240

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see240

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see225

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see211

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see208

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see207

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see198

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see197

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see196

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see192

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see189

Səudiyyə Ərəbistanının cənubunda partlayışlar baş verib, xəbərdarlıq sistemləri işə düşüb

14 Sentyabr 2026 05:24see189

Ulduz falı: 14 sentyabr, 2026 cı il

14 Sentyabr 2026 04:47see186

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see182

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see180

Birləşməyə hazırlaşan bankda dəyişiklik

14 Sentyabr 2026 12:38see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri