Konqres Trampın impiçmenti ilə bağlı qətnaməni rədd edib
Icma.az bildirir, Sherg.az portalına istinadən.
ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Trampa qarşı impiçment prosedurunun başladılmasını tələb edən qətnaməni dəstəkləməyib.
Teleqraf xəbər verir ki, səsvermə Nümayəndələr Palatasında keçirilib və proses “C-SPAN” telekanalı tərəfindən yayımlanıb.
Qətnaməyə baxılmasının dayandırılmasına 232 konqresmen səs verib, 147 nəfər isə bunun əleyhinə çıxıb. Beləliklə, sənədin müzakirəsinə xitam verilib.
Qətnaməni avqustun 24-də Texas ştatından demokrat konqresmen El Qrin təqdim edib. O, Trampı ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) fəaliyyəti ilə əlaqədar səlahiyyətlərini aşmaqda ittiham edib.
Trampa qarşı bundan əvvəl də iki dəfə – 2019 və 2021-ci illərdə impiçment proseduru başladılıb. Hər iki halda Senat onu vəzifədən kənarlaşdırmaq üçün tələb olunan səs çoxluğunu verməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 16 Sentyabr 2026 02:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















