Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Qlobal istiləşmə yoxdur?

Qlobal istiləşmə yoxdur?

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Yayın ilk ayı olan iyun bundan əvvəlki illərlə müqayisədə sərin keçib”. 

Bu sözləri “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli “Cebheinfo.az”-a açıqlamasında deyib. 

O bildirib ki, iyul ayı da hələ sərin keçir: 

“Rəsmi qurumların açıqlamalarına görə, buna səbəb lokal iqlim dəyişmələri, atmosfer dövranı, şimaldan və şimal-şərqdən Azərbaycana daxil olan hava kütlələrinin təsiridir. Məlumdur ki, şimaldan daxil olan hava kütlələri yayda nisbətən sərinlik, qışda sərtlik gətirir. 

Ancaq bu cür havanın uzun davam edəcəyi proqnozlaşdırılmır. Amma istənilən halda havaların mövsümə uyğun olmayaraq anormal keçməsi qlobal qilim dəyişikliyi ilə əlaqədardır. Bu, bir həqiqətdir ki, qlobal iqlim dəyişikliyi müşahidə olunur”. 

Ekspert qeyd edib ki, iqlim dəyişmələri hazırda dünyanı narahat edən başlıca problemlərdən biri hesab olunur: 

“İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun hesabatına görə, son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. 

BMT-nin hesabatında göstərilir ki, son 150 ildə dünyada temperatur 1 dərəcə yüksəlib. Yer kürəsində temperatur bu sürətlə qalxmaqda davam etsə, 2050-ci ilə qədər hərarət 2-2,5 dərəcə, 2100-cü ilə qədər isə 6 dərəcəyə qədər yüksələ bilər. Qlobal istiləşmənin əsas səbəbi insan fəalyyəti, sənaye, avtomobillərin artması, meşələrin azalması və sairdir.

Əksər ekspertlər bu fikirdədirlər ki, sel və daşqınların, quraqlığın artması, buzlaqların əriməsi, biomüxtəlifliyin azalması, şirin su ehtoyatlarının azalması, quraqlığın genişlənməsi, xəstəliklərin yayılması qlobal iqlim dəyişikliyinin nəticəsidir”. 

Elman Cəfərlinin sözlərinə görə, mövsümlərin yerini dəyişməsi qlobal iqlim dəyişikliyinin fəsadlarıdır: 

“2015-ci il Paris razılaşmasına görə, dövlətlər qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üzrə öhdəliklər götürüblər. Öhdəliklərə uyğun olaraq qalıq yanacaqla işləyən sənaye müəssisələri rekonstruksiya olunmalı, texnoloji transferlər həyata keçirilməli, bərpa olunan enerji sektoru inkişaf etdirilməli, nəqliyyat infrasturkturu yenilənməli və yaşıl nəqliyyat yayğınlaşmalıdır. 

Elektriklə işləyən nəqliyyyat vasitələrinin sayı artırılmalıdır. Bütün bunlar bahalı prosesdir. Görünür, beynəlxalq razılaşmalara əməl etmək, dövlətini xərcə salmaq istəməyən ABŞ kimi dövlətlər məsuliyyətsiz və elmi əsası olmayan bəyanatlar səsləndirilər ki, guya qlobal istiləşmə yoxdur. 

Hansısa mövsümdə havanın anormal keçməsi o demək deyil ki, qlobal istiləşmə yoxdur. Qlobal istiləşmə var və biz Yer kürəsini yaşanıla bilən bir planet olaraq qoruyub saxlamaq istəyiriksə, mütləq götürülən öhdəliklərə əməl etməli və atmosferdə karbon emissiyasını miqdarını azaltmalıyıq”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

 

Açar sözlər: Qlobal istiləşmə ekoloq Elman Cəfərli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 İyul 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see477

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see291

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see277

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see213

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see212

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see211

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see209

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see204

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see199

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see199

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see199

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see198

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see196

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see195

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see195

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see192

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see192

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see191

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see191

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri