Icma.az
close
up
RU
İstilik mövsümü başladı: Azərbaycanda qazanxanaların SAYI

İstilik mövsümü başladı: Azərbaycanda qazanxanaların SAYI

Bu gündən Azərbaycanda qış mövsümü ilə əlaqədar yaşayış binalarına istiliyin verilməsinə başlanır. 

“Azəristiliktəchizat” ASC Bakıda və bir sıra bölgələrdə yerləşən mənzillərə, təhsil, səhiyyə müəssisələrinə və digər sosial obyektlərə istilik verəcək.

Qurumdan Modern.az-a bildirilib ki, “Azəristiliktəchizat” ASC-nin tabeliyində olan 557 qazanxana və 88 istilik məntəqəsində istilik sistemi işə salınıb.

Bildirilib ki, Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli "İstilik enerjisindən istifadə qaydaları"nın təsdiq edilməsi haqqında qərarına əsasən, Azərbaycanın 14 dağlıq və dağətəyi rayonlarında istilik mövsümü noyabrın 1-də başlayır. Həmin 14 rayondan 9-da - Şuşada, Qubada, Qəbələdə, Qusarda, Şamaxıda, Şabranda, Siyəzəndə və Lerikdə istilik mövsümü noyabrın 1-dən başlayıb.

seeBaxış sayı:35
embedMənbə:https://modern.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri