Icma.az
close
up
RU
İstilik təchizatı sektorunda tənzimlənməni həyata keçirən qurum bu vəzifələri icra edəcək

İstilik təchizatı sektorunda tənzimlənməni həyata keçirən qurum bu vəzifələri icra edəcək

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

İstilik təchizatı sektorunda dövlət tənzimlənməsini, nəzarətini həyata keçirən və statusu qanunla müəyyən edilən qurum tənzimləyici hesab ediləcək.

"Unikal" xəbər verir ki, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstilik təchizatı haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, istilik təchizatı sektorunda tənzimləyici aşağıdakıları həyata keçirəcək:

•    tənzimlənən qiymətləri (tarifləri) müəyyən edəcək (Bu maddə 2028-ci il iyulun 1-dən qüvvəyə minəcək);
•    istilik təchizatı subyektləri və istehlakçılar tərəfindən istilik təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə riayət edilməsinə nəzarət edəcək;
•    istilik təchizatı subyektləri üçün ödənilməsi məcburi olan tənzimləmə haqqının məbləğini hesablayacaq və həmin subyektlərə bildirəcək;
•    istilik təchizatı subyektləri arasında yaranan mübahisələrə baxacaq;
•    istehlakçıların şikayətlərinə baxacaq;
•    şəbəkədə istilik enerjisi itkilərinin hesabat dövrü üçün normativ göstəricilərini müəyyənləşdirəcək;
•    istilik enerjisinin keyfiyyətinə dair texniki tələblərə (fərdi istilik sistemləri istisna olmaqla) riayət olunmasına nəzarət edəcək;
•    istilik qurğularının, o cümlədən şəbəkənin payız-qış mövsümünə hazırlığının təmin edilməsinə nəzarət edəcək;
•    istilik təchizatı sektorunda təbii inhisar subyektlərinin hər il üzrə gəlir və xərclər smetalarının razılaşdırılmasında və onların icrasına nəzarətin həyata keçirilməsində iştirak edəcək;
•    istilik təchizatı sektorunda istilik təchizatı sektorunun monitorinqini (o cümlədən, kameral monitorinqini) həyata keçirəcək (Bu maddə 2028-ci il iyulun 1-dən qüvvəyə minəcək).

Tənzimləyici tərəfindən istilik təchizatı sektorunu tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktlarla müəyyən edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə riayət edilməsinin qiymətləndirilməsi məqsədilə sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçiriləcək.
İstilik təchizatı sektorunda dövlət nəzarəti həyata keçirilərkən istilik təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinin pozulması aşkar edildikdə onların aradan qaldırılması ilə bağlı tənzimləyici tərəfindən yazılı göstərişlər veriləcək. Belə göstərişlərin icrası barəsində göstəriş verilmiş istilik təchizatı subyektləri və istehlakçılar üçün məcburi olacaq.

İstilik təchizatı sektorunda tənzimləyici aşağıdakı qaydaları təsdiq edəcək və rəsmi internet saytında dərc edəcək (Bu maddə 2028-ci il iyulun 1-dən qüvvəyə minəcək):

•    monitorinq qaydalarını;
•    kommersiya uçotu qaydalarını;
•    şəbəkədə istilik enerjisi itkilərinin hesabat dövrü üçün normativ göstəricilərinin müəyyənləşdirilməsi qaydalarını;
•    istilik təchizatı sektorunda tənzimlənən qiymətlərin (tariflərin) müəyyən olunması qaydalarını.

Tənzimləyici istilik təchizatı subyektlərinin uçotunu aparacaq. Uçotun aparılması qaydasını tənzimləyici müəyyən edəcək (Bu maddə 2028-ci il iyulun 1-dən qüvvəyə minəcək).

2028-ci il iyulun 1-dək tənzimləyicinin bu Qanunda nəzərdə tutulan səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.

Anar Kəlbiyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://unikal.az
archiveBu xəbər 23 Aprel 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri