Icma.az
close
up
RU
İstintaqa dəvət edilən şəxslər çağırışa əməl etməsə beynəlxalq axtarışa verilməsi üçün INTERPOL a müraciət edə bilər

İstintaqa dəvət edilən şəxslər çağırışa əməl etməsə beynəlxalq axtarışa verilməsi üçün INTERPOL a müraciət edə bilər

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Cinayət işinin istintaqı çərçivəsində barəsində ittiham irəli sürülmüş şəxsin ifadə vermək üçün prokurorluq orqanlarına çağırılması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun şəkildə həyata keçirilir. İstintaq orqanı cinayət işində adları keçən şəxslərin iştirakını təmin etmək məqsədilə onlara rəsmi bildiriş göndərir. Lakin bəzi hallarda həmin şəxslər istintaqdan yayınaraq müxtəlif üsullarla məsuliyyətdən qaçmağa çalışırlar. Xüsusilə, əgər şəxs Azərbaycan hüdudlarından kənarda gizlənirsə və ifadə verməkdən qəsdən boyun qaçırırsa, istintaq orqanları onun məsuliyyətə cəlb edilməsi üçün hüquqi tədbirlər görməyə borcludur.
Bu fikirləri Newscenter.az-a hüquqşünas Əli İbrahimov xarici ölkədə yaşayan bir neçə şəxsin istintaqa çağırılmasına münasibət bildirərkən səsləndirib. Hüquqşünas deyib ki, əgər həmin şəxs Azərbaycan dövlətinə qarşı açıq-aşkar düşmənçilik fəaliyyəti aparır, internet resurslarında zorakılığa və digər qanunsuz hərəkətlərə çağırışlar edirsə, bu, hüquq-mühafizə orqanlarının xüsusi nəzarətə götürdüyü hallar sırasına daxildir:
"Cinayət işinin istintaqı zamanı ilkin mərhələdə şəxsə rəsmi bildiriş göndərilir və ifadə verməyə dəvət edilir. Əgər şəxs üzrsüz səbəbdən çağırışa tabe olmursa, məhkəmə qərarı ilə onun məcburi gətirilməsi təmin edilir. Lakin bu tədbirlər yalnız şəxsin ölkə daxilində olması halında effektiv olur. Əgər şəxs xaricdə gizlənirsə və istintaq orqanlarının çağırışına cavab vermirsə, o zaman hüquq-mühafizə orqanları onun ölkəyə gətirilməsi üçün əlavə tədbirlər həyata keçirirlər. Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi həmin şəxsin beynəlxalq axtarışa verilməsi üçün INTERPOL-a müraciət edə bilər. Eyni zamanda, Azərbaycan ilə həmin şəxsin gizləndiyi dövlət arasında ekstradisiya haqqında müqavilə mövcuddursa, rəsmi müraciət edilərək şəxsin Azərbaycana təhvil verilməsi tələb olunur".

Əli İbrahimov deyib ki, şəxs yalnız istintaqdan yayınmaqla kifayətlənməyib, eyni zamanda internet resurslarında Azərbaycan dövlətinə qarşı açıq-aşkar zorakılığa və digər qanunsuz çağırışlar edirsə, bu halda ona qarşı daha sərt hüquqi tədbirlər görülməsi zərurəti yaranır:
"Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 281-ci maddəsi dövlət əleyhinə açıq çağırışlara görə, 283-cü maddəsi millətlərarası, irqi və dini düşmənçiliyin salınmasına görə, 214-cü maddəsi isə terrorçuluğa açıq çağırışlara görə cinayət məsuliyyəti nəzərdə tutur. Əgər həmin şəxs bu maddələrdən birinin və ya bir neçəsinin tələblərini pozaraq dövlətə qarşı fəaliyyət göstərirsə, ona qarşı əlavə cinayət işləri açıla bilər. Həmçinin, milli təhlükəsizliyə ciddi təhdid yaradan hallarda şəxsin vətəndaşlıqdan məhrum edilməsi məsələsi də hüquqi baxımdan nəzərdən keçirilə bilər.
Şəxsin Azərbaycan hüdudlarından kənarda gizlənməsi və istintaq orqanları ilə əməkdaşlıqdan yayınması onun maliyyə və əmlak aktivlərinə qarşı da hüquqi tədbirlərin görülməsinə səbəb ola bilər. Əgər həmin şəxs ölkə daxilində müəyyən mülkiyyətə sahibdirsə, onun əmlakına məhkəmə qərarı əsasında həbs qoyula bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 248-ci maddəsinə əsasən, şəxs istintaqdan yayınırsa və onun qeyri-qanuni fəaliyyəti təsdiq olunarsa, onun əmlakının müsadirə edilməsi məsələsinə baxıla bilər. Bundan başqa, məhkəmə qərarı ilə şəxsin bank hesablarına, daşınmaz əmlakına və digər kommersiya aktivlərinə məhdudiyyətlər qoyula bilər. Əgər həmin şəxs dövlətə qarşı açıq şəkildə düşmənçilik fəaliyyəti aparırsa, onun gəlir mənbələri araşdırıla və qeyri-qanuni yollarla əldə etdiyi vəsaitlərə qarşı tədbirlər görülə bilər".
Hüquqşünas onu da diqqətə çatdırıb ki, Azərbaycan dövləti beynəlxalq hüquqi yardım çərçivəsində müxtəlif ölkələrlə əməkdaşlıq edir:
"Şəxsin yerləşdiyi ölkə ilə hüquqi əməkdaşlıq mövcuddursa, həmin dövlətə diplomatik nota göndərilir və onun Azərbaycana təhvil verilməsi tələb olunur. Bununla yanaşı, beynəlxalq konvensiyalar əsasında müvafiq dövlətlərdən şəxsin hüquqi məsuliyyətə cəlb olunması üçün dəstək istənilir. Əgər həmin şəxs başqa ölkənin vətəndaşıdırsa, onun cinayət məsuliyyətinə cəlb olunması həmin dövlətin qanunvericiliyinə uyğun həyata keçirilə bilər.
Cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən, Azərbaycan dövləti istintaqdan yayınan şəxslərə qarşı bütün mümkün hüquqi tədbirləri həyata keçirmək hüququna malikdir. Əgər şəxs təkcə istintaqdan yayınmır, eyni zamanda dövlət əleyhinə fəaliyyət göstərirsə, ona qarşı əlavə ittihamlar irəli sürülə və beynəlxalq hüquqi mexanizmlər işə salına bilər. Azərbaycan qanunvericiliyi və beynəlxalq hüquq normaları çərçivəsində belə şəxslərin məsuliyyətə cəlb olunması üçün həm daxili, həm də xarici hüquqi vasitələr tətbiq edilir. Dövlətin təhlükəsizliyinə və hüquq sisteminin sarsılmasına yönələn istənilən cəhd hüquq-mühafizə orqanları tərəfindən ciddi nəzarət altında saxlanılır və qanunun aliliyinin təmin olunması üçün bütün zəruri tədbirlər görülür".
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 18 Mart 2025 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see15042

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see886

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see278

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see245

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see204

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see196

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see158

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see140

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see139

Mbappe yoxdu, Kamavinqa yoxdu hə, nə olsun?

15 Noyabr 2025 17:36see133

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see133

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see131

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

15 Noyabr 2025 17:28see131

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see131

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see131

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see128

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see127

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see125

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see122

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri