İstirahətə yollayışa hansı hallarda imtina verilir?
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
İstənilən vətəndaş müraciətini “təsdiq et” mərhələsinə qədər ləğv edə bilər. O cümlədən imtina səbəbi barədə məlumatı qeydiyyat zamanı almaq mümkündür.
"Cebheinfo.az" xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədrinin müşaviri, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elkiyar Ziyadov bildirib.
Qurum rəsmisinin sözlərinə görə, yollayışa imtina verilməsinin ilk səbəbi cari ay üçün maddi resursların kifayət qədər olmamasıdır:
“Bizim tərəfimizdən imtina səbəbləri istirahət mərkəzi və sanatoriyalarda yerlərin məhdudluğu, yollayışdan ikinci dəfə istifadəyə cəhdlə bağlı olur. Bəzi hallarda isə vətəndaşların qeydiyyat zamanı dolğun məlumatı təqdim etməməsi də imtinaya səbəb olur”.
"Cebheinfo.az"


