İsveç Ukraynaya əlavə 71 milyon dollar ayırır
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsveç Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün əlavə 720 milyon kron (71,13 milyon dollar) ayırmaq qərarına gəlib.
Gununesi.info xəbər verir ki, bu barədə İsveç hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, vəsait Ukraynaya hərbi dəstək göstərən bir sıra beynəlxalq fond və təşəbbüslərə yönəldiləcək. Əsas diqqət hava hücumundan müdafiə sistemlərinin və uzaqmənzilli silah imkanlarının gücləndirilməsinə ayrılacaq.
Yardım paketinin 200 milyon kronu (19,76 milyon dollar) Ukraynanın Prioritet Tələblər Siyahısı (PURL) təşəbbüsünə veriləcək.
Bu mexanizm çərçivəsində ABŞ müttəfiq və tərəfdaş ölkələrin maliyyələşdirdiyi paketlər hesabına Ukraynaya Amerika istehsalı olan hərbi texnika və silahlar təqdim edir.
Yeni vəsaitlə birlikdə İsveçin PURL təşəbbüsünə ümumi töhfəsi 572 milyon dollara çatacaq.
Bundan əlavə, təxminən 180 milyon kron (17,78 milyon dollar) Çexiyanın Ukrayna ordusu üçün sursat tədarükü təşəbbüsünə ayrılacaq.
Qeyd edək ki, 2022-ci ildən bəri İsveçin Ukraynaya göstərdiyi hərbi və mülki yardımın ümumi həcmi təxminən 158 milyard kron (14 milyard avro) təşkil edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 17 Noyabr 2026 23:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















