İsveç Ukraynaya yeni mülki dəstək paketi ayırdı
Operativ MM saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İsveç hökuməti Ukraynaya əlavə olaraq 1,145 milyard kron (təxminən 122 milyon dollar) dəyərində mülki yardım paketi ayırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu vəsait Ukraynanın ən aktual ehtiyaclarının qarşılanmasına yönəldiləcək.
Paketə enerji təchizatı, mənzil təminatı, səhiyyə, minalarla mübarizə, qaçqınlara dəstək və müstəqil medianın dəstəklənməsi daxildir.
Yardımın 145 milyon kronu (15,4 milyon dollar) humanitar məqsədlərə ayrılıb. Ümumilikdə, 2025-ci ildə İsveçin Ukraynaya ayırdığı vətəndaş dəstəyi 9 milyard krona (təxminən 958 milyon dollar) çatacaq ki, bu da ölkənin inkişaf yardımı büdcəsinin 16 faizini təşkil edir.
Rəsmi açıqlamaya görə, bu artım digər ölkələrə nəzərdə tutulan yardım fondlarının azaldılması və ya ləğvi hesabına mümkün olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 29 Sentyabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















