İsveçdə tədris ilinin əvvəlində təxminən 2 min uşaq yollarda xəsarət alır
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Stokholm, 13 avqust, AZƏRTAC
İsveçdə yeni tədris ilinin başlaması ilə uşaqların iştirak etdiyi yol qəzaları riski artır.
AZƏRTAC xəbər verir ki, ölkənin Nəqliyyat Administrasiyasının məlumatına görə, son illərdə payız semestrinin əvvəlində velosipeddən yıxılmadan tutmuş ciddi sınıqlara qədər təxminən 2000 uşaq yol qəzalarında xəsarət alıb.
İsveç Milli Avtomobil Assosiasiyasının mütəxəssisləri qeyd edirlər ki, tədris ilinin başlanğıcı xüsusilə həssas dövrdür. Bir çox uşaq şəhərdə müstəqil şəkildə hərəkət etməyə yeni başlayır və ailələrin gündəlik işlərinə qayıtması tez-tez tələsik və stresli vaxtlarla müşayiət olunur.
Mütəxəssislər onu da qeyd edirlər ki, getdikcə daha az uşaq məktəbə velosipedlə gedir. Onların bir çoxu ictimai nəqliyyatdan istifadə edir və sıx nəqliyyatın olduğu avtobus dayanacaqlarının yaxınlığında toplaşır.
Təhlükəsizliyi artırmaq üçün bir sıra İsveç bələdiyyələri məktəblərin yaxınlığında avtomobilsiz zonalar tətbiq edir. Uppsala şəhərində bu cür tədbirlər artıq iki məktəbin yaxınlığında sınaqdan keçirilib. Avtomobillərin hərəkətini məhdudlaşdırmaqla yanaşı, işıqlandırma da təkmilləşdirilib və ictimai nəqliyyat dayanacaqlarına piyada marşrutları təyin edilib. Təşəbbüs valideynlər və şagirdlər tərəfindən müsbət rəylər alıb və bu payızda onu digər məktəblərə də tətbiq etmək planları üzərində iş gedir.
Nərgiz Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 13 Avqust 2026 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















