Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

İsveçi silkələyən 18 yaşlı killer Atilla Əzimovun DOSYESİ

İsveçi silkələyən 18 yaşlı killer Atilla Əzimovun DOSYESİ

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Foxtrot" yeniyetmə killerləri belə toplayır – İranın Xaşxaşilər ordeni qayıdır?

18 yaşlı Atilla Mübariz oğlu Əzimov hadisə yerində qurbanın üzərinə yeriyərək ardıcıl atəş açıb və son gülləni o, artıq yerdə uzanan Murad Əbdülqadirin başına sıxıb. Sonradan məlum olub ki, Atilla Əzimov sifarişli qatil kimi "Foxtrot" tərəfindən cəlb edilib və əslində səhv hədəfi öldürüb. Atilla Əzimovun Azərbaycanla əlaqələri haqda konkret məlumat yoxdur.

Musavat.com xəbər verir ki, 2006-cı il təvəllüdlü Atilla Əzimov İsveçdə, Stokholm ətrafı Sundbyuberqdə ailəsi ilə birgə yaşayıb. İsveç məhkəməsi onu ömürlük həbs cəzasına məhkum edib.

Avropada serial sifarişli qətllər törətməsi ilə məşhurlaşan "Foxtrot" şəbəkəsinin iş üsulu tarixdə məşhur olan, İran ərazisində yaradılmış gizli Xaşxaşilər (Həşşaşinlər) ordenini xatırladır. XI əsrdə Həsən ibn Sabbah tərəfindən Əlamut qalasında yaradılan bu təşkilat fanatik sədaqət, ciddi məxfilik və siyasi məqsədlər naminə xüsusi hazırlıq keçmiş fədailərdən istifadə etməsi ilə tanınırdı. Həsən İbn Sabbah öz tərəfdarlarını xüsusi ideoloji hazırlıqdan keçirir, onları kor-koranə itaət ruhunda yetişdirir və siyasi rəqiblərin aradan götürülməsi üçün müxtəlif ölkələrə göndərirdi. Belə görünür ki, Avropada oxşar model müasir texnologiyalar vasitəsilə yenidən ortaya çıxıb.

Qruplaşma sosial şəbəkələr və şifrəli messencerlər vasitəsilə yeniyetmələri pulla qətllərə cəlb edir, onlara kompüter oyunlarını xatırladan təlimatlar göndərir, silah gizlədilən yerlərin koordinatlarını paylaşır və müxtəlif Avropa ölkələrində sifarişli qətllər həyata keçirməyə çalışır. Bu qruplaşma təkcə narkotik ticarəti ilə deyil, həm də sifarişli qətllər və İsraillə əlaqəli hədəflərə qarşı hücumlarla əlaqələndirilir. 2025-ci ilin fevralında İsveçdə 20 yaşlı tələbə Murad Əbdülqadir gecə növbəsindən sonra "McDonald's"dan evə qayıdarkən güllələnərək öldürülüb. Qətli törədən 18 yaşlı Atilla Mübariz oğlu Əzimov hadisə yerində qurbanın üzərinə yeriyərək ardıcıl atəş açıb və son gülləni o, artıq yerdə uzanan Murad Əbdülqadirin başına sıxıb. Sonradan məlum olub ki, Atilla Əzimov sifarişli qatil kimi "Foxtrot" tərəfindən cəlb edilib və əslində səhv hədəfi öldürüb. O, ömürlük həbs cəzasına məhkum edilib.

BBC-nin araşdırmasına görə, "Foxtrot" sifarişli qətllər üçün əsasən yeniyetmələri seçir. Onlar sosial media və şifrəli messencerlərdə yayılan elanlar vasitəsilə tapılır. Elanlarda "İngiltərədə öldürmək – 270 min kron" kimi təkliflər yerləşdirilir, silahların gizlədildiyi yerlərin koordinatları və videoları göndərilir, bütün proses kompüter oyunlarını xatırladan tapşırıqlar şəklində idarə olunur. Avropolun Ağır və Mütəşəkkil Cinayətkarlıq Mərkəzinin nümayəndəsi Endi Kraaq bu şəxsləri "autsors killerlər" adlandırır. Onun sözlərinə görə, cinayətkar qruplar xüsusilə psixoloji problemləri olan, narkotikdən istifadə edən və ya uşaq evlərində böyümüş yeniyetmələri hədəfə alırlar.

Araşdırmada Norveç vətəndaşı, 18 yaşlı Yohannes Natlandın işi də xüsusi yer tutur. Bildirilir ki, o, İngiltərədə qətl törətmək üçün "Foxtrot" tərəfindən cəlb olunub. Ona "Agent 47" ləqəbli əlaqələndirici rəhbərlik edib. İsveç polisi hesab edir ki, bu ləqəbin arxasında qruplaşmanın əsas üzvlərindən biri olan Əli Şehad Əhməd dayanır. "Agent 47" Natlanda Mançesterə bilet alıb, müvəqqəti pasport əldə etməsinə kömək edib, daha sonra isə "Signal" tətbiqi vasitəsilə silahın və pulun gizlədildiyi yerlərin videolarını göndərib. Lakin norveçli yeniyetmə əməliyyatı həyata keçirməyə macal tapmadan polis tərəfindən saxlanılıb. Araşdırmada diqqət çəkən məqamlardan biri də odur ki, "Foxtrot" yeniyetmələrə böyük məbləğdə pul vəd etsə də, əksər hallarda bu vəsait ödənilmir. Səbəb isə onların cinayətdən dərhal sonra saxlanılmasıdır.

İsveç televiziyası SVT-nin araşdırmaçı jurnalisti Diamant Salihu bildirib ki, indiyədək bu şəbəkənin hər hansı yeniyetmə killerə həqiqətən pul ödədiyinə dair fakt məlum deyil. Onun sözlərinə görə, qruplaşma bilərəkdən azyaşlı şəxsləri seçir, çünki onlar riskləri tam dərk etmirlər və cinayəti törətməyə daha asan razılaşırlar.

İsveç polisi "Foxtrot"un lideri Rava Məcidin hazırda İranın paytaxtı Tehranda yaşadığını hesab edir. Hüquq-mühafizə orqanlarının qənaətinə görə, o, 2023-cü ilin sonunda Türkiyədən İrana köçdükdən sonra şəbəkənin bir hissəsini İran hakimiyyətinin maraqlarına uyğun əməliyyatlara cəlb edib. Bu hücumlar arasında İsraillə əlaqəli obyektlərə qarşı törədilən partlayışlar və İran rejiminin tənqidçilərinə qarşı planlaşdırılan əməliyyatlar da var.

Məlumata görə, Böyük Britaniya hökuməti 2025-ci ildə həm "Foxtrot" şəbəkəsinə, həm də onun lideri Rava Məcidə qarşı sanksiyalar tətbiq edib.

Avropada bu təhlükə ilə mübarizə aparmaq üçün Böyük Britaniya, İsveç, Norveç, Danimarka, Finlandiya, Almaniya, Fransa, Belçika, Niderland, İspaniya və İslandiyanın daxil olduğu GRIMM adlı beynəlxalq əməliyyat qrupu yaradılıb. Qrupun 15 aylıq fəaliyyəti ərzində 280-dən çox şübhəli saxlanılıb. Onların arasında "Agent 47" kimi tanınan Əli Şehad Əhməd İraqda, qruplaşmanın əsas fiqurlarından sayılan keçmiş reper Məhəmməd Mohdidi isə Tunisdə həbs olunub. Bununla belə, "Foxtrot"un lideri Rava Məcid hələ də İranda olduğundan Avropa hüquq-mühafizə orqanları onu məsuliyyətə cəlb edə bilməyib.

"Foxtrot"un tətbiq etdiyi metod artıq digər cinayət qrupları tərəfindən də mənimsənilir və internet üzərindən yeniyetmələrin sifarişli qətllərə cəlb edilməsi Avropada getdikcə daha ciddi təhlükəyə çevrilir. #Musavatcom

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 Avqust 2026 07:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see449

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see363

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see351

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see351

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see335

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see326

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see321

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see277

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see262

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see257

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see246

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see239

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see234

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see233

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see231

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see224

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see218

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see214

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see205

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri