İsveçrə Aİ nin sanksiyalarına dəstək verdi
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
İsveçrə Avropa İttifaqının (Aİ) Rusiya və Belarusa qarşı 20-ci sanksiya paketinin böyük bir hissəsini qəbul edəcək.
"Ölkə.az" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Sanksiyalar mayın 22-si saat 23:00-da qüvvəyə minəcək.
İsveçrə hökuməti bildirib ki, 115 fiziki və hüquqi şəxs sanksiyalara məruz qalıb. Onların aktivləri dondurulub, pul vəsaitlərinin verilməsi, eləcə də ölkəyə giriş və onun ərazisindən tranzit qadağan edilir. Sanksiyalar həm də Rusiyanın hərbi-sənaye kompleksinin və energetika sektorunun əməkdaşlarına qarşı tətbiq edilib.
"İsveçrə həmçinin Rusiyanın kölgə donanmasının fəaliyyətinin qarşısının alınması üzrə Aİ-nin növbəti tədbirlərinə qoşulur. Əlavə 46 gəmiyə qarşı alqı-satqı və xidmətlə bağlı hərtərəfli qadağalar tətbiq edilib, Aİ-nin siyasətinə uyğun olaraq isə 11 gəmiyə qarşı mövcud qadağalar aradan qaldırılıb", - İsveçrə hökumətinin bəyanatında bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 22 May 2026 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















