İsveçrə almanların köçüb yaşadığı ölkələr arasında ilk sırada qalmaqdadır
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Berlin, 11 sentyabr, AZƏRTAC
İsveçrə almanlar üçün ən populyar köç istiqaməti olaraq qalmaqdadır.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsinin (Destatis) məlumatında qeyd olunub.
Bu ölkədə yaşayan almanların sayı ötən il 323,6 minə çatıb. Bu, 2023-cü illə müqayisədə 2,4 faiz və ya 7600 nəfər çoxdur. Almanların İsveçrədəki sayı illərdir davamlı olaraq artır. Son on ildə onların sayı 10,7 faiz artıb.
Siyahıda ikinci yerdə 232,7 min nəfərlə Avstriya gəlir. Son on ildə Avstriyada yaşayan almanların sayı 41 faiz (68 min nəfər) çoxalıb.
Uzun illər azalma tendensiyasının müşahidə olunduğu İspaniya isə üçüncü yeri tutaraq yenidən yüksəlişə keçib. Bu ölkədə yaşayan Almaniya vətəndaşlarının sayı ötən il 128 min nəfər olub.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin


