Icma.az
close
up
RU
İsveçrə səfirinə açıq məktub: Emin Hüseynov adlı birini...

İsveçrə səfirinə açıq məktub: Emin Hüseynov adlı birini...

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Azərbaycan Milli QHT Forumu İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfiri Tomas Ştelə (Thomas Stähli) açıq məktub ünvanlayıb.

Axar.az məktubu təqdim edir:

"Biz Azərbaycan vətəndaş cəmiyyəti təsisatları olaraq, İsveçrə Konfederasiyasında sistemli şəkildə anti-Azərbaycan narrativinin formalaşdırılması cəhdlərini müşahidə edirik. İsveçrə parlamentinin hansısa "Sülh Forumu" adı altında ortaya atdığı bu narrativlər Ermənistanda revanşizmin alovlandırılmasına, Azərbaycanla Ermənistan arasında sülh prosesinə zərbə vurmağa xidmət edir. Azərbaycana qarşı nifrət üzərində qurulan iftira kampaniyası regionda sülh və etimad quruculuğunu zədələməyə, separatizmin yenidən təbliğinə yönəlib.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə təxribatçı fəaliyyət, tarixin arxivinə göndərilmiş ritorika və terminologiyadan istifadə İsveçrə Konfederasiyasında adi hal almaqdadır. Bəzi İsveçrə parlamentarilərinin son vaxtlar Qarabağ məsələsini "bağlanmış" hesab etmədiyini tez-tez dilə gətirmələri, Erik Fontobelin və digərlərinin İrəvanda revanşistlərin "ofisləri"ndə görüşlər keçirmələri anlaşılmır. Qərargahı İsveçrədə yerləşən "Beynəlxalq Xristian Həmrəyliyi" təşkilatı isə Qarabağ məsələsini dini müstəvidə qələmə verməyə çalışır, Azərbaycana böhtan atır.

Biz bundan əvvəl də sizə üz tutaraq bildirmişdik ki, belə təşəbbüslər xüsusilə də İsveçrə kimi beynəlxalq hüquqa hörmət bəslədiyini iddia edən bir ölkənin parlamentində irəli sürüləndə, qəbul ediləndə və ya İsveçrə cəmiyyətinin bir hissəsi olan kilsə tərəfindən təşviq ediləndə, İsveçrə ərazisində keçiriləndə obyektivlik və bitərəflik prinsipinə zidd olaraq ikili standartların bariz nümunəsinə çevrilir. XXI əsrdə Avropanın mərkəzində məsələlərə etnik və dini təəssübkeşlik prizmasından yanaşılması qəbuledilməzdir. Xüsusilə regiondan kənar dairələrin məsələlərə birtərəfli, qərəzli və irqçi yanaşması yolverilməzdir. Biz bu cür yersiz müdaxilələri bir daha qətiyyətlə pisləyir, onları Azərbaycanla Ermənistan arasındakı normallaşma prosesinə zərbə hesab edirik.

İsveçrənin Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) 4 min nəfərə yaxın azərbaycanlı itkinin taleyini aydınlaşdırmaq əvəzinə, ölkəmizin suverenliyi, ərazi bütövlüyü əleyhinə addımlar atmış, o cümlədən vaxtilə Xankəndidə icazəsiz ofis açmışdı. BQXK özünün humanitar təşkilat olduğunu iddia etsə də, əslində, qəbuledilməz siyasi fəaliyyətlə məşğul olmuşdur. BQXK-nın mandatına zidd olan bu təlimatların mənbəyi haradır?

Biz BQXK-nın Azərbaycanın etibarından sui-istifadə edərək emblemi altında olan yük və təcili tibbi yardım avtomobilləri ilə qaçaqmalçılıqla məşğul olmasını, bu xüsusda həmin nəqliyyat vasitələrində aşkarlanan benzin, siqaret, mobil telefon qutularını da unutmamışıq. "Humanitar yardım" adı altında Azərbaycanın suveren ərazilərində qanunsuz ticarət dövriyyəsinin aparılmasına, fırıldaqçılığa niyə göz yumulub?

İsveçrənin Azərbaycandakı səfirliyi Emin Hüseynov adlı birini aylarla inzibati binasında gizlətməklə, İsveçrə Xarici İşlər Nazirliyinin nümayəndəsi Didye Burkhalterin müşayiəti ilə qadın paltarında ölkədən qaçırmaqla hansı məqsəd güdüb? Emin Hüseynovun bu gün Azərbaycan dövlətinə qarşı çirkin iftira kampaniyasında İsveçrə dövlətinin rolu nədir?

Bizim suallarımız çoxdur. Yuxarıda qeyd edilənlərlə əlaqədar biz - Azərbaycan Milli QHT Forumunun təmsilçiləri 100-lərlə Azərbaycan QHT-sini birləşdirən çətir təşkilat olaraq, Sizinlə görüşməyə hazırıq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://axar.az
archiveBu xəbər 20 Fevral 2026 01:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri