İsveçrədə 1992 ci ildə itkin düşən alpinistlərin meyitləri tapılıb
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsveçrədə 1992-ci ildə itkin düşən iki belçikalı alpinistin meyitləri buzlağın əriməsi nəticəsində aşkarlanıb.
Bu barədə RTL məlumat yayıb.
Məlumata görə, iyulun sonunda Trift buzlağında tapılan iki kişinin meyitinin DNT analizi onların 1992-ci ildə itkin düşən belçikalı alpinistlərə aid olduğunu təsdiqləyib.
Həmin vaxt 39 və 41 yaşlı iki alpinist 4017 metr yüksəklikdəki Vayssmis zirvəsinə qalxmağa çalışarkən əlverişsiz hava şəraitinə düşərək yoxa çıxıb.
Axtarış qrupları yalnız onların avadanlıqlarını tapa bilmişdi.
Baxış sayı:96
Bu xəbər 20 Avqust 2026 08:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















