İsveçrədə əhalinin sayının məhdudlaşdırılması üzrə referendumun nəticələri bilindi
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
İsveçrədə bazar günü keçirilən referendumda ölkə əhalisinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasını nəzərdə tutan təklif rədd edilib.
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Məlumata görə, seçicilərin 55 faizi təklifin əleyhinə, 45 faizi isə lehinə səs verib.
Təklif sağçı və antiimmiqrasiya yönümlü qruplar tərəfindən irəli sürülmüşdü. Onlar hesab edirdilər ki, İsveçrə əhalisinin sürətlə artması ölkədə sıxlığın yüksəlməsinə səbəb olur və mövcud resurslar üzərində əlavə təzyiq yaradır.
Lakin iri biznes qurumları, hökumət və parlamentin əksəriyyəti bu təşəbbüsə qarşı çıxıblar. Onlar xəbərdarlıq edirdilər ki, əhalinin sayına məhdudiyyət qoyulması ölkənin iqtisadi inkişafına və rifah səviyyəsinə mənfi təsir göstərə bilər.
Şirkətlər isə bildirirdilər ki, belə bir qərarın qəbul edilməsi onları xarici işçi qüvvəsinə çıxış imkanlarından məhrum edəcək və əmək bazarında ciddi problemlər yarada bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 14 İyun 2026 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















