Icma.az
close
up
RU
İT və rəqəmsal transformasiya üzrə qlobal lider olan ABŞ şirkəti Azərbaycana gəlir

İT və rəqəmsal transformasiya üzrə qlobal lider olan ABŞ şirkəti Azərbaycana gəlir

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 12 avqust, AZƏRTAC

Rəqəmsal transformasiya və İT konsaltinq sahəsində dünya liderlərindən olan “EPAM Systems” şirkəti Azərbaycanda fəaliyyətə başlayacağını rəsmən elan edib.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən AZƏRTAC-a bildirilib ki, yaxın zamanda Bakıda açılacaq nümayəndəlik əməliyyat işləri ilə yanaşı, irimiqyaslı rəqəmsallaşma təşəbbüslərinin həyata keçirilməsini nəzərdə tutan innovasiya mərkəzi kimi də fəaliyyət göstərəcək. Əməkdaşlığın xüsusi istiqaməti süni intellekt sahəsini əhatə edəcək. Belə ki, “EPAM Systems” şirkəti digər ölkələrdə həyata keçirilən layihələrdə öz effektivliyini sübut etmiş qabaqcıl həlləri ölkəmizdə tətbiq edəcək.

Şirkət Azərbaycanda dövlət xidmətlərinin rəqəmsallaşdırılmasında, “mygov” (o cümlədən “mygov biznes”) rəqəmsal xidmətlər ekosisteminin genişləndirilməsində və bu xidmətlərin səmərəliliyinin və əlçatanlığının artırılmasına yönəlmiş texnoloji həllərin tətbiqində fəal iştirak etməyi planlaşdırır. “EPAM Campus” platforması vasitəsilə yerli İT mütəxəssislərin hazırlanması və texnoloji səriştələrin inkişafı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və digər dövlət qurumları ilə birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət ayrılacaq. Əməkdaşlıq çərçivəsində proseslərin avtomatlaşdırılmasını asanlaşdıran, xidmətlərin dəqiqliyini və sürətini artıran, istifadəçi təcrübəsini təkmilləşdirən süni intellekt həllərinin inteqrasiyası nəzərdə tutulur.

Agentliyin sədri Fərid Osmanov deyib: “EPAM Systems” şirkəti ilə tərəfdaşlıq rəqəmsal idarəçilik, süni intellekt və insan kapitalının inkişafı, o cümlədən İKT xidmətləri və texnologiya ixracı sahəsində ölkəmizin rolunun gücləndirilməsinə mühüm töhfə verəcək”.

“Azərbaycan cəsarətli addımlar atan və rəqəmsallaşma sahəsində dinamik inkişaf edən ölkə olaraq diqqət çəkir. Şadıq ki, yerli istedadları qabaqcıl dünya təcrübəsi ilə bir araya gətirərək ölkənin rəqəmsal transformasiyasına öz töhfəmizi verə biləcəyik, - deyə “EPAM Systems” şirkətinin vitse-prezidenti Yuri Antanyuk bildirib.

“EPAM Systems” rəqəmsal platformaların hazırlanması, süni intellekt həllərinin tətbiqi və ümumilikdə rəqəmsal transformasiya üzrə ixtisaslaşmış dünyanın ən böyük texnologiya şirkətlərindən biridir. 62000-dən artıq mütəxəssisə malik “EPAM Systems” şirkəti 55-dən çox ölkədə təmsil olunur və “Fortune 500” siyahısına daxil olan dünyanın ən iri korporasiyalarına xidmət göstərir. 2012-ci ildən etibarən “EPAM Systems”in səhmləri Nyu-York Fond Birjasında satılır, şirkət 2021-ci ildən “S&P 500” indeksinə daxil olub. Bu, şirkətin miqyasını və qlobal iqtisadiyyat üçün nə dərəcədə əhəmiyyətli olduğunu sübut edir.

2024-cü ildə “EPAM Systems”in illik gəliri 4,7 milyard ABŞ dollarını ötüb. Rəqəmsal həllərin dayanıqlığı, çevikliyi və miqyaslana bilməsi şirkətə rəqəmsal iqtisadiyyatın çağırışlarına effektiv şəkildə uyğunlaşmağa, müştərilərinə sadəcə xidmət deyil, həm də kompleks strateji dəstək təqdim etməyə imkan verir.

Qeyd edək ki, “EPAM Systems” dövlət sektorunun rəqəmsallaşması sahəsində böyük təcrübəyə malikdir və Avropanın bir sıra ölkələrində, eləcə də Körfəz regionunda layihələr həyata keçirib. Böyük Britaniyada şirkət “ServiceNow” platforması vasitəsilə dövlət xidmətlərini modernləşdirir, Ukraynada “Diia” adlı rəqəmsal xidmətin hazırlanması və yenilənməsində iştirak edib, Birləşmiş Ərəb Əmirliklərində isə “DGE OneHub” platformasını istifadəyə verib. Bu layihələr xidmətlərin rəqəmsallaşdırılmasını, süni intellektin, bulud həllərinin və rəqəmsal platformaların tətbiqini əhatə etməklə yanaşı, “EPAM Systems”in qabaqcıl texnologiyanı dövlət idarəçiliyinin xüsusiyyətinə uyğunlaşdırmaq bacarığını nümayiş etdirir.

Azərbaycanda son illər rəqəmsal infrastrukturun inkişafı, elektron hökumət və süni intellekt texnologiyalarının tətbiqinin dəstəklənməsi istiqamətində ardıcıl strateji təşəbbüslər həyata keçirilir. Bu səylər eyni zamanda “EPAM Systems” kimi qlobal şirkətin Azərbaycanda nümayəndəlik açma qərarına təsir edən vacib faktorlardan olub. Ölkəmizdə rəqəmsallaşma dayanıqlı iqtisadi artımın hərəkətverici qüvvələrindən biri hesab edilir və “EPAM Systems”in ölkəmizə gəlməsi bu yanaşmaya olan yüksək etimadın göstəricisidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Avqust 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri