İtaliya A Seriyası: Hoylundun dublu “Napoli”yə qələbə gətirdi VİDEO
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İtaliya A Seriyasının 17-ci turunda “Napoli” komandası “Kremoneze”ni səfərdə məğlub edib.
İdman.Biz xəbər verir ki, görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hesab 13-cü dəqiqədə açılıb. “Napoli”nin hücumçusu Rasmus Hoylund fərqlənib. İlk hissəyə əlavə olunmuş vaxtda o, yenidən rəqib qapısına yol taparaq dublunu rəsmiləşdirib. Qalan dəqiqələrdə tərəflər hesabı dəyişə bilməyiblər.
Bu qələbədən sonra “Napoli” 16 oyundan sonra 34 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Kremoneze” isə 17 oyundan sonra 21 xalla 11-ci sıradadır.
Növbəti turda “Napoli” yanvarın 4-də səfərdə “Latsio” ilə üz-üzə gələcək. “Kremoneze” isə eyni gün səfərdə “Fiorentina” ilə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 28 Dekabr 2025 20:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















