İtaliya çempionatında qol vuran ən yaşlı yarımmüdafiəçi oldu
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
İtaliyanın “Milan” klubunun yarımmüdafiəçisi Luka Modriç yeni rekorda imza atıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Opta Paolo “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Belə ki, o, klubda oynamış Nils Lidholmun rekordunu təzələyərək (38 yaş 169 gün - 26 mart 1961-ci il), İtaliya çempionatında qol vuran ən yaşlı yarımmüdafiəçi olub.
Modriç bu qolu İtaliya çempionatının 3-cü turunda “Boloniya” ilə oyunda (1:0) vurub.
Qeyd edək Modriç “Milan”a yay transfer pəncərəsində azad agent kimi qoşulub.
Xatırladaq ki, “Milan”ın ilk üç turdan sonra altı xalı var və A Seriyasının turnir cədvəlində beşinci yerdədir.

İtaliya çempionatında qiyməti ən çox yüksələn 10 futbolçu
18 İyun 2025 14:42
İtaliya çempionatında təxirə salınan matçın taleyi bəlli oldu
01 Dekabr 2024 23:06
İtaliya çempionatında Papaya görə oyunlar təxirə salındı
21 Aprel 2025 13:11
İslandiyalı yarımmüdafiəçi İtaliya yolunda
23 İyun 2025 13:34
Arsenal İtaliya klubundan yarımmüdafiəçi transfer edəcək
14 Noyabr 2024 23:17

