İtaliya çempionu Qarabağ a qarşı oynamış futbolçunu transfer edir
Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İtaliyanın "İnter" klubu Zaqreb "Dinamo"su və Xorvatiya millisinin mərkəz yarımmüdafiəçisi Petar Suçiçin transferini reallaşdırmağa çalışır.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Nikolo Skira yayıb.
Mənbənin məlumatına görə, İtaliya çempionu Suçiçlə növbəti mövsüm üçün müqavilə imzalamağı planlaşdırır. Bununla belə, yanvarın transfer pəncərəsinin sonunda klub Davide Frattesi üçün sərfəli təklif alarsa, "İnter"in planları dəyişə bilər. İtaliya millisinin yarımmüdafiəçisinə əsas namizəd "Roma"dır.
Başqa sözlə, "İnter" yanvarda Frattesini satsa, Suçiçin transferini yaya qədər təxirə salmayacaq, bu ay onunla müqavilə imzalayacaq.
21 yaşlı yarımmüdafiəçinin Zaqreb "Dinamo"su ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub və transfer dəyəri 12 milyon avro olaraq qiymətləndirilir.
Suçiç Xorvatiya millisinin heyətində 5 oyunda 1 qol vurub.
Qeyd edək ki, Petar Suçiç bu yay "Qarabağ"la UEFA Çempionlar Liqasında pley-off mərhələsinin hər iki oyununda start heyətində meydana çıxıb.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 21 Yanvar 2025 20:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















