Icma.az
close
up
RU
İtaliya diktatorunun bakılı müşaviri: O, məşhur rejissordan nə xahiş etmişdi?

İtaliya diktatorunun bakılı müşaviri: O, məşhur rejissordan nə xahiş etmişdi?

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İtaliya diktatorunun müşaviri bakılı olub.

"Yeni Sabah" xəbər verir ki, bu, gürcü əsilli məşhur sovet rejissoru Georgi Daneliyanın "Biletsiz sərnişin" kitabında əksini tapıb.

O qeyd edib: "Kann kinofestivalında filmimizin nümayişi yaxşı keçdi, amma “Moskva küçələri ilə addımlayıram” («Я шагаю по Москве») filmindəki kimi həyəcan yox idi.

Nümayişdən sonra, ertəsi gün sahildə qıyıqgöz yaşlı bir cənab mənə yaxınlaşdı. O, məni film münasibətilə təbrik etdi və gürcücə soruşdu:

"Kartveli xart, batono?" (Sən gürcüsən, cənab?)

"Diax". (Bəli.)

Soruşdu ki, təsadüfən Romada madam Rozanı ziyarət edən gürcü rejissor deyiləm ki? (O, rus dilinə keçdi və demək olar ki, ləhcəsiz danışırdı.) "Bəli", - dedim və öz növbəmdə soruşdum ki, təsadüfən o, gözəl sağlıqlar deyən xanım Rozanı nəzərdə tutur?

"Bəli", - dedi və ona bir neçə dəqiqə ayıra bilib-bilməyəcəyimi soruşdu.

Açıq kafedə masa arxasında əyləşdik. Mən pivə, Van Çen Lun (onun adı belə idi) mineral su sifariş etdi. O, nazik siqar yandırıb dedi ki, əslən bakılıdır, nənəsi gürcü Nino Vasadze, babası isə yəhudi, Natan Zilberman adlı violonçel ifaçısıdır.

Onun Çindən olan aqronom atası Qafqazda sitrus və çay plantasiyalarında işləmiş aqranom olub. Sonra kabus (inqilab - red.) baş verib - atası güllələnib, babası və nənəsi tif xəstəliyindən ölüb, o və anası möcüzəvi şəkildə xilas olublar.

Daha sonra mühacir həyatı sınaqları: o, dənizçi, fotoqraf, krupye və dövlət qulluqçusu işləyib. İndi o, daşınmaz əmlak biznesi ilə məşğuldur. O, villa almaq istəyən tayvanlı bir iş adamını müşayiət edir.

Dedi ki, məndən bir xahişi var: ona viza almağa kömək edə bilərəmmi? Vəninə, Bakıya səfər etmək arzusundadır, lakin Romadakı konsulluğumuz (sovet konsulluğu - red.) bundan imtina edir. Düşünür ki, buna səbəb bir müddət Mussolininin dəftərxanasında xidmət etməsi ola bilər.

- Dəftərxanada nə işləmisiz?

- Qafqaz üzrə məsləhətçi kimi.

Van Çen Lun dedi ki, dəftərxanadakı vəzifəsi Azərbaycan qəzetlərini oxumaq və hər şeyi tərcümə etmək olub. Sırf İtaliyanın müharibədə iştirakı ilə bağlı yazıları. Lakin bütün müharibə boyu həmin qəzetlərdə italiyalılara dair heç nə yazılmadığından onun bütün işi-gücü Orta Asiya üzrə müşavirlə nərd oynamaq olub. Fikirləşir ki, çətin ki bu işdən vətənimizə böyük ziyan dəyib.

Dedim ki, faktın özü konsulluq üçün vacibdir və ona heç bir şəkildə kömək edə biləcəyimi düşünürəm. Van Çen Lun kədərlə gülümsədi, "ümid gəncləri qidalandırır, qocalara sevinc bəxş edir" dedi, siqarını külqabında söndürdü, pulu ödəyib getdi. 

Səhəri gün hoteldə açarımı təhvil verəndə qapıçı mənə bir zərf uzatdı. İçində bir qeyd var idi. Sinyora Roza və Benito Mussolininin dostu yazırdı ki, məndən böyük bir ricası var - həmişə yanında tilsim kimi gəzdirdiyi sikkə. Xahiş etdi ki, əgər yolum Bakıda düşsə, pulu Xəzərə atım.

O qeyd etmişdi ki, belə bir xurafat var: müəyyən bir yerə qayıtmaq istəyirsənsə, ora, su hövzəsinə bir sikkə atmalısan. “Hörmətlə, sizin çinli gürcünuz Van Çen Lun”.

Məktubda heç bir sikkə yox idi. Portyeyə dedim ki, zərfdə bir sikkə olmalı idi, xahiş etdim baxsın, bəlkə, yerə düşüb. O, çinlinin yəqin ki sərxoş olduğu üçün sikkəni zərfə qoymağı unutduğunu söylədi. Lakin sikkə sonradan tapıldı. Portye tapdı. Bu, 1901-ci ildə, çar dövründə zərb edilmiş ləkəli mis qəpik idi.

Mən Bakıda olmuşam və pulu Xəzər dənizinə atmışam. Bunun Van Çen Luna kömək edib-etmədiyini isə bilmirəm".

İbrahim Məmmədov


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 08 Dekabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see230

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see214

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri