Icma.az
close
up
RU
İtaliya Dünya Çempionatında İranı əvəz etməkdən imtina edib

İtaliya Dünya Çempionatında İranı əvəz etməkdən imtina edib

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

İtaliya idman rəsmiləri açıqlayıb ki, İtaliya milli komandası ABŞ-da keçiriləcək futbol üzrə növbəti dünya çempionatında İran millisinin əvəzinə iştirak etməkdə maraqlı deyil.

Bizimyol.info xəbər verir ki, bu təşəbbüs əvvəlcə ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfindən irəli sürülmüşdü.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, İranın əvəz olunması ideyası iyun ayında ABŞ-da keçiriləcək turnirə hazırlıq çərçivəsində müzakirə olunub. Lakin FIFA qeyd edir ki, Los-Anceles və Sietl şəhərlərində keçiriləcək qrup mərhələsi oyunları plan üzrə baş tutacaq və İran milli komandası Yaxın Şərqdəki gərginliyə baxmayaraq turnirə hazırlığını davam etdirir.

Təşəbbüsün müəllifi, ABŞ-ın qlobal tərəfdaşlıq üzrə xüsusi elçisi Paolo Zampolli bildirib ki, bu təklif siyasi mahiyyət daşımır və yalnız İranın iştirakdan imtina etməsi halında ehtiyat variant kimi nəzərdən keçirilmişdi. O, İtaliya millisinin iştirakının futbol tarixi baxımından məntiqli görünəcəyini əlavə edib.

İtaliyada bu təklif kəskin reaksiyaya səbəb olub. İdman naziri Andrea Abodi qeyd edib ki, “birincisi, bu mümkün deyil, ikincisi, bu pis fikirdir”. Milli Olimpiya Komitəsinin prezidenti Luçano Buonfiqlio isə dünya çempionatında iştirakın layiq olmaqla qazanılmalı olduğunu vurğulayıb. Maliyyə naziri Cankarlo Corcetti təşəbbüsü “ayıb” adlandırıb.

Ağ Ev bildirib ki, İran idmançılarının iştirakı məsələsi birbaşa komanda heyətinə aid deyil, lakin bununla bağlı təhlükəsizlik aspektləri müzakirə olunur. Qeyd edək ki, İran artıq turnirə vəsiqə qazanıb, İtaliya isə ardıcıl üçüncü dəfə seçmə mərhələdən keçə bilməyib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 24 Aprel 2026 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see327

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see319

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see315

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see306

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see287

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see267

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see254

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see249

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see248

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see247

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see242

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see219

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see219

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see213

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see204

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see198

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see195

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see183

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see183

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri