İtaliya klubu yarımmüdafiəçinin transfer hüquqlarını Real dan alacaq?
Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Komo" Nico Pasın transferi ilə bağlı "Real"ın tələblərini qəbul etməyə hazır deyil.
Sportal.az xəbər verir ki, daha əvvəl bildirilmişdi ki, Madrid klubu argentinalı futbolçunu 9 milyon avro qarşılığında geri almaq hüququndan istifadə etmək qərarına gəlib. Bundan sonra “Real” oyunçunu yenidən “Komo”ya 60 milyon avroya satmağa hazırdır. Baş məşqçisi Sesk Fabreqas olan İtaliya təmsilçisinin bazar ertəsinə qədər prioritet satınalma hüququ var.
Bu gün hər iki klubun nümayəndələri arasında danışıqlar aparılıb. Məlumata görə, “Komo” həm maliyyə fair-play qaydaları ilə bağlı məhdudiyyətlərə, həm də klub rəhbərliyinin mövqeyinə görə 60 milyon avro ödəməkdən imtina edib.
Vəziyyəti "İnter" də diqqətlə izləyir. “Komo”nun transfer yarışından tam çıxacağı təqdirdə, Milan klubu argentinalı yarımmüdafiəçini heyətinə qatmağa cəhd göstərəcək.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:191
Bu xəbər 25 İyun 2026 22:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















