Icma.az
close
up
RU
İtaliya kollektivi XX Bakı Caz Festivalında böyük uğurla çıxış edib

İtaliya kollektivi XX Bakı Caz Festivalında böyük uğurla çıxış edib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 30 oktyabr, Anara Axundova, AZƏRTAC

“Baku Jazz Festival – 2025” çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrın səhnəsində İtaliyanın “Enzo Favata Band” qrupunun çıxışı olub.

AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl “Baku Jazz Festival”ın təşkilatçısı və art-direktoru Rain Sultanov çıxış edib. Səhnəyə, həmçinin İtaliyanın Azərbaycandakı səfiri Luka di Canfrançesko çıxıb. Diplomat tamaşaçılara salamlama nitqi ilə müraciət edib.

Sardiniyadan olan Enzo Favata beynəlxalq musiqi aləmində ən fəal və tanınmış musiqiçilərdən biridir. O, soprano və tenor - saksafon, bas - klarnet və ənənəvi Sardiniya nəfəsli alətlərində ifa edir. Favata, həmçinin bəstəkar, film, teatr, radio və televiziya üçün musiqilərin müəllifi, eləcə də muzeylər, sərgilər üçün musiqi instalyasiyalarının yaradıcısı kimi tanınır.

Caz qrupunun musiqiçiləri - Daniele Di Bonaventura (bandoneon), Marsello Pequin (gitara), Salvatore Maltana (kontrabas) və Umberto Trombetta Qandi (zərb alətləri) solist Enzo Favataya qoşularaq “Atlantico” albomundan əsərlər ifa ediblər.

Proqramın sonunda tamaşaçılar italyan qrupundan əlavə bir mahnı oxumağı xahiş ediblər. Enzo Favata, öz növbəsində, başqa bir əsəri ifa etməzdən əvvəl qrupun uzun tarixi, “Atlantico” albomunun yaradılması haqqında danışıb. O, qonaqpərvərliyə və dəstəyə görə tamaşaçılara, habelə İtaliya səfirliyinin nümayəndələrinə səmimi təşəkkürünü bildirib.

“Enzo Favata Band” qrupunun çıxışı 2025-ci il Bakı Caz Festivalının ən yaddaqalan anlarından biri olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Oktyabr 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see469

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see218

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see203

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see200

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see185

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see170

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see157

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see153

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see148

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see148

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see139

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see137

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see136

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri