Icma.az
close
up
RU
İtaliya mediası: Vladimir Putin Azərbaycan təyyarəsinin vurulduğunu etiraf edib

İtaliya mediası: Vladimir Putin Azərbaycan təyyarəsinin vurulduğunu etiraf edib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Roma, 11 oktyabr, AZƏRTAC

İtaliya mediası Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Rusiya Prezidenti Vladimir Putinin ötən il “Azərbaycan Hava Yolları”nın təyyarəsinin qəzaya uğramasına görə ölkəsinin məsuliyyət daşıdığını etiraf etməsindən yazıb.

AZƏRTAC xəbər verir ki, ANSA, “La Repubblica”, RAI, “il Giornale”, “Askanews”, “il Fatto Quotidiano”, “Notizie Geopolitiche”, “il Post”, “Latestata”, “Gazeta Express”, “il Foglio”, “Insideover”, “Gazzetta di Genova” kimi informasiya agentlikləri və xəbər portallarının yaydığı materiallarda Azərbaycan və Rusiya prezidentlərinin Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində görüşdüyü bildirilir. Diqqətə çatdırılır ki, görüşdə Vladimir Putin 2024-cü il dekabrın 25-də Qroznı istiqamətində uçuş həyata keçirən AZAL təyyarəsinin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulmasını etiraf edib. Rusiya Prezidenti ölkəsi tərəfindən müvafiq kompensasiyanın ödəniləcəyini və hadisəyə hüquqi qiymət veriləcəyini deyib.

Yazılarda “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması nəticəsində hər iki pilot və stüardessa da daxil olmaqla 38 nəfər həlak olduğu xatırladılır.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Oktyabr 2025 02:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see186

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see185

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see185

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see180

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see174

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see146

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see144

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see144

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see133

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri