Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Çingiz Hüseynov: yazıçı, mütəfəkkir, vətəndaş

Çingiz Hüseynov: yazıçı, mütəfəkkir, vətəndaş

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Düz bir il öncə tanınmış yazıçı, Azərbaycanın ən böyük və müqtədir qələm sahiblərindən biri Çingiz Hüseynovu itirdik.  

O, gerçək həyatımızın mürəkkəb və dolaşıq hadisələrini, həm gözəllik, həm də öyrəşdiyimiz, adiləşmiş, norma saydığımız eybəcərlik və dəhşətlərini məharət və cəsarətlə təsvir edən nasir, publisist, esseist və  memuarist idi.

Məncə, Çingiz müəllim Azərbaycan yazıçıları üçün qələmə aldığı qələm sahibləri – Mirzə Fətəli Axundzadə və Nəriman Nərimanov kimi istedad və ziyalılıq, cəsarət və vətəndaşlıq örnəyi olaraq qalacaq.

Onun “Məhəmməd, Məmməd, Məmiş”, “Fəthəli fəthi”, “Ailə sirrləri”, “Doktor N”, “Merac” romanlarını oxumayan insanlar çox şey  itirib.

“Doktor N” romanında hələ Birinci Dünya Müharibəsinin əvvəlindən bolşeviklərə qoşulan, alovlu tərəfdarı olan Nəriman Nərimanovun tədricən, zamanla onların qəddar, millətə zidd və alçaq mahiyyətini anladığı təsvir olunub. Bu acı həqiqətləri gec də olsa, anlayan və ayılan Nərimanov ölümündən bir ay əvvəl oğluna yazdığı  məktubda etiraf edir.

Romandakı bu olay Çingiz Hüseynovun yazıçı təxəyyülünün məhsulu deyil. N.Nərimanov həqiqətən belə bir məktub yazıb və  o məktub  Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi arxivinin gizli şöbəsində saxlanılır. Çingiz müəllim məhz bu məktubu  oxuyandan sonra Nərimanovun ayılma prosesini qələmə alıb.

İndi, stalinizmin bir çox dəhşətli həqiqət və cinayətləri dünyaya məlum olan bir zamanda, məktub yazılandan bir ay sonra Nəriman Nərimanovun bir çox mənbələrdə “qəfil”, “gözlənilməz” və “müəmmalı” adlandırılan ölümündə bizim üçün  bir müəmma qalıbmı?

Çingiz Hüseynovun “Fətəli fəthi” romanında bizə Rusiyanın fəthindən sonra əyalətə çevirdiyi Azərbaycan xanlıqlarının birində böyüyən, yetişib metropoliyaya xidmət edən, etməyə məhkum, əvvəlcə Rusiyanın Qafqaza yeni, avropasayağı həyat tərzi, maarif və mədəniyyət gətirdiyinə inanan, sonra isə tədricən imperiyanın xalqına zidd siyasətini anlayan bir milli ziyalı – böyük qələm sahibi Mirzə Fətəli Axundzadənin həyat yolu, düşüncələri və faciəsi  göstərilir.

Məncə, bu romanda, “Doktor N”-də olduğu kimi, qəhrəmanların hakimiyyət haqqında zamanla dəyişən, inkişaf edən fikirlərində və siyasi baxışlarında avtobioqrafik notlar və cizgilər çoxdur.

Ya, məsələn, “Ailə sirləri” romanı  1970-ci illərdə, hələ Azərbaycan Sovet Sosialist Respublikasına sovet ideologiyası pərdəsinə bürünərək öz mafioz yaşayış və idarəçilik qaydalarını yeridən hakim klanın həyatı,  bu qaydaları qəbul edən, – sovet vaxtı etməyə bilərdi ki? – Azərbaycan cəmiyyətinin tənəzzülü yüksək bədii səviyyədə göstərilib.

Əbəs yerə deyil ki, satışa çıxarılan roman az sonra Azərbaycanda qadağan olunub mağazalardan yığışdırılmışdı. Amma yasaqlanmış “Ailə sirrləri”nin oxuculara çatan nadir nüsxələri Bakıda əldən-ələ gəzirdi, birini iki günlük ala bildim, oxudum və qaytardım…

Bu üç romandan birinci ikisini birləşdirən cəhət odur ki, ustad yazıçı real tarixi şəxsiyyəti, həyatının olaylarını və düşüncələrini təsvir edərək, tarixi dövrü bizə göstərir və anladır.

Çingiz Hüseynov bizi tərk edəndən sonra atılan dırnağına dəyməyən, əskik adamlar kölgəsini qılınclayır, bircə dəfə də Qarabağı zəbt edən ermənilərə cavab vermədiyini deyirdi. Ağ yalandır!

Yazıçının erməni millətçiliyini, əməllərini tənqid edən köşəsini başqa publisist yazılarıyla yanaşı, MeydanTV-nin rus versiasının redaktoru olanda, 2016-cı ilin yazında öz əllərimlə çap eləmişəm.

Əsərləri aparıcı dünya dillərində çıxan Çingiz Hüseynovun yazıçı çapını aydın-əyani göstərmək üçün onu da deyim ki, ədəbi Nobel mükafatı almaq üçün bütün əsasları vardı – nəhəng istedad, əsərlərinin genişliyi və dərinliyi, bədii və intellektual səviyyə, dərhal tanınan orijinal üslub, dünya dillərində yayılması, müəllifin məhsuldarlığı və o cümlədən, mafia, siyəsətdə mafioz idarəetmə üsulları haqqında bir çox romanın varlığına baxmayaraq, hələ sovet gerçəkliyində bu sayaq fenomeni Çingiz Hüseynovdan başqa, özü də belə ustalıqla bədii təsvir edənin olmaması…

Bu nədəndən Rasim Qaracayla ustadın namizədliyini Nobel mükafatına irəli sürmək haqqında danışdıq, qərarımızı Çingiz müəllimə söyləyəndə etiraz etmədi, amma asan iş olmadığını ordaca, əvvəldən bildirdi.

Bacarmadıq, daha çox mənim təqsirim üzündən. Buna görə Çingiz Hüseynovun ruhundan üzr istəyirəm…

Novxanı çimərliyində işləyən xilasedicilər haqqında 2009-cu ildə rus dilində yazdığım avtobioqrafik “После шторма” – “Tufandan  sonra” povestimi Çingiz müəllimə göndərmişdim. Oxuyub yüksək qiymət  vermiş, resenziya yazmışdı.

Ustadın qısa qeydləri və məsləhətləri master-klass kimi çox faydalı və qiymətli idi.

Osmanqızı Youtube kanalındakı verilişdə “Sizə dissident demək olarmı?” sualıma Çingiz müəllm təvazökarlıqla “Daha çox konformistəm” cavabı vermişdi. Əlbəttə, doxsan illik ömrü ərzində hamı kimi susduğu məqamlar da olub, amma Çingiz Hüseynov konformist deyildi. Heç olmasa ona görə ki axına qoşulub gedən bütün başqa yazıçılar susan yerdə konformist səsini ucaltmaz, sözünü deməz…

Çingiz Hüseynov ömrünün çoxunu Moskvada, son illərini isə İsraildə yaşadı. Bilmirəm, bir azərbaycanlının sovet və postsovet vaxtı Moskvada yaşamasına mühacirət, demək olar ya yox, amma İsrailə köçmək və oradakı həyatı həqiqətən mühacirət idi.

Son günlərinə kimi qələm əlindən düşmədi, dayanmadan yazdı, yazdı. Dünyadan köçəndə 94 yaşına üç ay qalmışdı.

Belə bir nəhəng qələm sahibinin getməyiylə tək Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığı yox, vətəndaş cəmiyyəti, bütün Azərbaycan çox şey itirdi!  Elə dünya da…

Allah rəhmət eləsin! Ruhun şad olsun, Ustad!

Çingiz Sultansoy

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Yanvar 2026 23:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see627

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see299

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see289

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see277

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see271

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see250

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see249

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see243

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see238

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see230

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see227

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see214

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see203

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see202

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see202

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see201

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see194

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see187

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see187

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri