Icma.az
close
up
RU
Bu şəxslər məsuliyyətə cəlb oluna bilər KONKRET

Bu şəxslər məsuliyyətə cəlb oluna bilər KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda minimum əməkhaqqının 400 manat olmasına baxmayaraq, xüsusən satıcı vakansiyalarında 200–300 manatlıq əməkhaqqı təklifləri, maaşın “bonus” və “premya” adı ilə gizlədilməsi hələ də geniş yayılıb. Bu isə əmək hüquqlarının açıq şəkildə pozulması olmaqla yanaşı, minlərlə işçinin sosial təminatını risk altına qoyur. Belə hallarda sahibkarları hansı inzibati cəzalar gözləyir, Dövlət Əmək Müfəttişliyi bu pozuntuları hansı mexanizmlərlə aşkar edir və məhz satıcı sahəsində bu cür praktikanın bu qədər yayılmasının əsas səbəbi nədir?

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı “Yeni Sabah”a danışan Vətəndaşların Əmək bildirib ki, qanunvericiliyə görə 400 manatdan aşağı əmək haqqının verilməsi qadağandır.

O, xatırladıb ki, hazırda minimum əməkhaqqı 400 manatdır və bundan aşağı məbləğ təyin edən işəgötürən inzibati məsuliyyətə cəlb olunur, cərimə edilir:

“Ümumiyyətlə, elektron informasiya sistemində əmək müqaviləsi yerləşdirilərkən minimum əməkhaqqından aşağı məbləğ yazmaq texniki olaraq mümkün deyil.Amma bəzi işəgötürənlər bu tələbi dolanmaq üçün müxtəlif manevrlərə əl atırlar. Belə ki, işçini faktiki olaraq tam iş günü – yəni 8 saat işlədikləri halda, sənədlərdə onu 50 faizlə, yəni yarımştat və ya hətta dörddəbir ştat kimi rəsmiləşdirirlər. Nəticədə işçi tam iş görür, amma rəsmi əməkhaqqı yarım və ya daha az göstərilir və ona uyğun məbləğ ödənilir”.

S.Məmmədov söyləyib ki, əslində, 400 manat minimum əməkhaqqı tam 8 saatlıq iş vaxtı üçün nəzərdə tutulub. Onun sözlərinə görə, bu cür sənəd üzərində edilən manevrlərlə işəgötürənlər inzibati cəzadan yayınmış olurlar:

“Çünki Dövlət Əmək Müfəttişliyi elektron sistemdə baxanda hər şey “qanuna uyğun” görünür: işçi yarımştatdır, maaşı da ona uyğun verilir.Əgər elektron sistem üzərində tam ştata 400 manat əvəzinə 200 manat göstərilsə, bu dərhal görünər və tədbir görülər. Amma dediyim kimi, sistem elə qurulub ki, bunu birbaşa etmək mümkün deyil. Buna görə də pozuntu yalnız şikayət əsasında aşkarlana bilər”.

Ekspert həmçinin vurğulayıb ki, əgər işçi şikayət edərsə və sübut edə bilsə ki, sənəddə yarımştat göstərilsə də, əslində bütün gün işləyir, o zaman Əmək Müfəttişliyi müdaxilə edib işəgötürənə qarşı tədbir görə bilər:

“Eyni zamanda bəzi kommersiya qurumlarında ikili, yəni “qara” mühasibatlıq halları da mövcuddur. Vergi orqanları bunu aşkar etdikdə ciddi cərimələr tətbiq olunur. Belə halları sübut etmək prinsip etibarilə mümkündür, amma praktikada çətindir. İşçi şikayət etdikdən sonra iş yerində qalmaqda çətinlik çəkə bilər və bu da insanların çoxunu çəkinməyə məcbur edir. Nəticə etibarilə, qayda-qanun mövcuddur, lakin bəzi işəgötürənlər yarımştat, dörddəbir ştat kimi hüquqi boşluqlardan istifadə edərək az maaş verməyin “qanuni yolunu” tapırlar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:221
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Yanvar 2026 23:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri