Icma.az
close
up
RU
İtaliya portalı Azərbaycanla Ermənistan arasında tarixi sülh razılaşmasının əhəmiyyətindən yazıb

İtaliya portalı Azərbaycanla Ermənistan arasında tarixi sülh razılaşmasının əhəmiyyətindən yazıb

Icma.az bildirir, Azertag portalına istinadən.

Roma, 17 avqust, AZƏRTAC

İtaliyanın “Agenzia Nova” portalı Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın avqustun 8-də Vaşinqtondakı görüşünün əhəmiyyətindən bəhs edən məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, “Ermənistan-Azərbaycan: “Tramp marşrutu” Qafqaza sülh gətirəcəkmi?” adlı məqalədə üç ölkə liderinin Ağ Evdə Azərbaycan Prezidentinin və Ermənistanın Baş nazirinin Vaşinqtondakı görüşünə dair Birgə Bəyannamə imzaladıqları bildirilir. Vurğulanır ki, sənəd Cənubi Qafqaz regionunda təxminən 40 illik münaqişədən sonra həlledici dönüş nöqtəsidir. Aylarla davam edən konfidensial danışıqlardan sonra əldə olunan razılaşma hərbi əməliyyatların daimi dayandırılmasını, diplomatik və ticarət əlaqələrinin qurulmasını, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörməti nəzərdə tutur. Sazişin mərkəzi elementi Ermənistan ərazisindən keçərək Azərbaycanı onun Naxçıvan anklavı ilə birləşdirəcək strateji dəhliz olan “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu”nun (TRIPP) yaradılmasıdır. Layihə iki ölkə arasında ən mübahisəli məsələlərdən birini həll edir: Azərbaycan mürəkkəb marşrutlarda naviqasiya etmədən və ya üçüncü dövlətlər vasitəsilə tranzitə etibar etmədən öz iki coğrafi yarısı arasında birbaşa əlaqə əldə edir, Ermənistan isə beynəlxalq hüquq çərçivəsində təhlükəli presedentlər yarada biləcək daimi ərazi güzəştlərindən yayınır.

Diqqətə çatdırılır ki, sənədin imzalanma mərasimində Donald Tramp sazişi tarixi an adlandırıb və bu addımı atmaqda göstərdikləri cəsarətə görə Azərbaycan və Ermənistan liderlərinə təşəkkür edib, layihənin regionun gələcəyini dəyişəcəyini vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyev iki müharibədən və 30 ildən artıq uğursuz danışıqlardan sonra əldə olunan əbədi sülhdən danışıb, Donald Trampın altı ayda möcüzə göstərə bildiyini deyib.

Məqalədə vurğulanır ki, saziş geosiyasi müstəvidə Cənubi Qafqazda qüvvələr balansını yenidən formalaşdırır.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Avqust 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see208

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see173

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see167

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see162

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri