İtaliya Prezidenti Xirosima və Naqasaki faciələri zamanı sağ qalanlarla görüşüb FOTO
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yaponiyada rəsmi səfərdə olan İtaliya Prezidenti Sercio Mattarella Xirosima və Naqasaki faciələri zamanı sağ qalan insanlarla görüşüb. SİA xəbər verir ki, Sercio Mattarella Xirosimada Sülh Memorialının önünə əklil qoyub, 1945-ci il avqustun 6-da şəhərə atılan atom bombası qurbanlarının xatirəsini ehtiramla yad edib, Sülh Muzeyini ziyarət edib.
İtaliya Prezidenti vurğulayıb ki, atom bombasından bir daha heç vaxt istifadə edilməməlidir. “Nüvə müharibəsini heç kim qazana bilməz. Biz ötən əsrin imperialist toqquşmalarına qayıtmamalıyıq”, - deyə o bildirib.
Sercio Mattarella səfər çərçivəsində paytaxt Tokioda Yaponiyanın Baş naziri Şiqeru İşiba ilə görüşüb. İtaliya Prezidenti, həmçinin Kioto şəhərinə səfər edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 09 Mart 2025 02:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















