Icma.az
close
up
RU
İtaliya Qran prisi rekordlarla yadda qaldı, Azərbaycan Qran prisi yaxınlaşır

İtaliya Qran prisi rekordlarla yadda qaldı, Azərbaycan Qran prisi yaxınlaşır

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Formula 1” üzrə dünya çempionatı Avropa mövsümünü tarixi İtaliya Qran-prisi ilə başa vurdu. 

Apasport.az xəbər verir ki, yarış 75-ci dəfə keçirildi və həm gərgin mübarizə, həm də yeni rekordlarla yadda qaldı.

Həftəsonuna “Ferrari” və “McLaren” sürücüləri ümidverici start verdilər.

Cümə və şənbə günlərində Lyuis Hemilton, Lando Norris və Şarl Lekler ön sıralarda mübarizə apararaq azarkeşləri həyəcanlandırdılar. Ancaq sıralanma turunda Maks Ferstappen tarixin ən sürətli dövrəsinə imza ataraq “pole” mövqeyini qazandı və Lyuis Hemiltonun 2020-ci ildəki rekordunu qırdı. Lando Norris ikinci, Oskar Piastri isə üçüncü nəticə göstərdi.

Bazar günü keçirilən yarışda startdakı kiçik səhvindən sonra Ferstappen tez toparlandı və yenidən liderliyi ələ keçirdi. 38-ci dövrədə pit-stopdan sonra o, sürətini maksimuma çatdıraraq rəqiblərinə şans vermədi. Ferstappen mövsümdə 3-cü, karyerasında isə 66-cı qələbəsini qazanmaqla yanaşı, “Red Bull” komandasına tarixində 125-ci qələbəni gətirdi. Bundan əlavə, niderlandlı pilot 2003-cü ildən Mixael Şumaxerə məxsus olan ən sürətli Monza yarışı rekordunu da yenilədi.

Podiumun digər pillələri “McLaren” sürücülərinə qismət oldu – ikinci olan Lando Norris son dövrədə ən sürətli nəticəyə imza ataraq Ferstappenin het-trikinə imkan vermədi, Oskar Piastri isə 3-cü yeri tutaraq komandasına möhtəşəm dubl qazandırdı. “Ferrari” azarkeşləri isə böyük ümidlərlə gözlədikləri yarışda yalnız 4-cü (Şarl Lekler) və 6-cı (Lyuis Hemilton) yerlərlə kifayətləndilər. İlk onluğu Corc Rasl (“Mercedes”), Aleks Elbon (“Williams”), Qabriel Bortoleto (“Sauber”), Kimi Antonelli və Ayzek Həcər tamamladılar.

Ümumi sıralamada vəziyyət belədir: Oskar Piastri 324 xalla liderliyini qoruyur. Onu 293 xalla komanda yoldaşı Lando Norris və 230 xalla Maks Ferstappen izləyirlər. “McLaren” 617 xalla Mühəndislər Kubokunda açıq-aşkar liderdir və artıq Bakıda titulunu vaxtından əvvəl təmin edə bilər.

Beləliklə, Avropa mərhələsi başa çatdı və mövsümün ən həlledici mərhələlərindən biri – Azərbaycan Qran-prisiyaxınlaşır. Bütün dünyanın gözü indi Bakıya çevrilib: “Formula 1”in saatı artıq Bakı vaxtı ilə işləyir.

EYOF-da iştirak edəcək idmançılarımız Şimali Makedoniyaya yola düşüblər Azərbaycanı EYOF-da təmsil edəcək velosipedçilər müəyyənləşib Almaniyada Ümumdünya Yay Universiadasının açılış mərasimi keçirilib - FOTO İdmançılarımız Bolqarıstandan 3 qızıl medalla qayıdıb - FOTO Təmsilçimiz Sofiyada ikinci qızıl medalını qazanıb
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://apasport.az
archiveBu xəbər 08 Sentyabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri