İtaliya Ukraynaya qoşun göndərilməsi ilə bağlı açıqlama yaydı
GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
İtaliyanın Baş naziri Giorgia Meloni ölkəsinin Ukraynaya çoxmillətli qüvvələrçərçivəsində qoşun göndərməyəcəyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
Meloni bildirib ki, Ukraynanın təhlükəsizliyinin təmin olunması məqsədilə ölkələrin könüllü iştirakı əsasında formalaşan “könüllülər koalisiyası”nın rəhbərlik etdiyi “Ukrayna üçün çoxmillətli qüvvə”nin yerləşdirilməsi nəzərdə tutulur.
Bununla belə, o vurğulayıb ki, İtaliya bu təşəbbüs çərçivəsində öz hərbçilərini Ukraynaya göndərmək niyyətində deyil.
“Təkrar edirəm ki, İtaliya əsgərlərini Ukraynaya göndərməyəcək”, – deyə baş nazir qeyd edib.
Giorgia Meloni daha əvvəl Aİ rəhbərliyinin Belçikadakı “Euroclear” depozit hesablarında saxlanılan vəsaitlərin müsadirəsi ilə bağlı qərar qəbul edəcəyi təqdirdə, Avropa İttifaqının digər üzv ölkələrdə yerləşən Rusiya aktivlərinə də nəzarət etməli olduğunu bildirmişdi.
Xatırladaq ki, bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban Avropa Komissiyasının Rusiya aktivlərinin müsadirəsi məsələsini qarşıdan gələn Aİ sammitinin gündəliyindən çıxardığını açıqlamışdı.
Tahir Turan
Globalinfo.az
Baxış sayı:23
Bu xəbər 17 Dekabr 2025 23:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















