İtaliya və Türkiyə şirkətləri PUA istehsal edəcək birgə müəssisə yaradır
Icma.az bildirir, Azertag portalına istinadən.
Roma, 17 iyun, AZƏRTAC
İtaliyanın “Leonardo” şirkəti ilə Türkiyənin “Baykar” şirkəti birgə müəssisə yaradıb.
AZƏRTAC xəbər verir ki, hər iki texnologiya nəhənginin 50 faiz payı olan “LBA Systems” şirkəti pilotsuz texnologiyalar sahəsində ixtisaslaşacaq. Mərkəzi ofisi İtaliyada yerləşəcək şirkət pilotsuz uçuş aparatlarının dizaynı, inkişaf etdirilməsi, istehsalı və texniki xidməti ilə məşğul olacaq.
Bununla bağlı müqavilə Paris Aviasiya Sərgisi çərçivəsində “Leonardo” şirkətinin baş icraçı direktoru Roberto Cinqolani ilə “Baykar” şirkətinin İdarə Heyətinin sədri və texniki direktoru Selçuk Bayraktar arasında imzalanıb. Birgə müəssisə sayəsində hər iki şirkət Avropa və beynəlxalq bazarlarda aktiv rol oynamağı hədəfləyir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 17 İyun 2025 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















