Icma.az
close
up
RU
İtaliyada Azərbaycanın qədim qayaüstü sənət irsi tanıdılıb

İtaliyada Azərbaycanın qədim qayaüstü sənət irsi tanıdılıb

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İtaliyanın Kassine şəhərində “Bəşəriyyətin ilk sənətinin yenidən kəşfi” mövzusunda beynəlxalq seminar keçirilib.

XQ xəbər verir ki, seminar Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun və Kassine şəhərinin meriyasının texniki dəstəyi, “SEN1SEN” beyin mərkəzi və “Palazzo Mandrilli” Qalereyasının təşkilatçılığı ilə keçirilib. 

Tədbirdə dünyanın müxtəlif ölkələrindən dövlət qurumlarının rəhbər şəxsləri, Avropanın aparıcı alimləri, beynəlxalq ekspertlər, muzey direktorları, arxeoloqlar və qayaüstü sənət irsinin öyrənilməsi, qorunması və idarə olunması sahəsində ixtisaslaşan mütəxəssislər iştirak ediblər.

Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Siyahısına təklif etdiyi Gəmiqaya qayaüstü təsvirlər kompleksinin beynəlxalq elmi və praktiki auditoriyaya tanıdılması tədbirin əsas məqsədlərindən biri olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndəsi, professor Məlahət Fərəcovanın rəhbərliyi ilə hazırlanan “Minilliklərdən gələn mesajlar: Qobustan petroqlifləri” adlı sərgidə Qobustanın qədim qayaüstü təsvirləri, onların tarix və mədəni əhəmiyyəti, eləcə də Azərbaycanın zəngin qayaüstü sənət irsi beynəlxalq auditoriyaya təqdim edilib.

Çıxış edən alim və ekspertlər qayaüstü sənətin bəşər tarixindəki rolu, bu sahədə aparılan müasir elmi tədqiqatlar və əldə olunan yeni nəticələr barədə fikirlərini bölüşüblər. Daha sonra qayaüstü sənət sahəsində gələcək əməkdaşlıq və inkişaf istiqamətlərini müəyyənləşdirən beynəlxalq əməkdaşlıq memorandumu imzalanıb.

Seminar Azərbaycanın qayaüstü sənət irsinin müasir rəqəmsal imkanlardan istifadə etməklə daha geniş auditoriyaya çatdırılması baxımından əhəmiyyətli olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Oktyabr 2026 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri