Cənubi Koreyada Azərbaycanın zəngin mədəni irsi tanıdılıb
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Pekin, 2 noyabr, AZƏRTAC
Koreya Respublikasının Çanqvon şəhərində keçirilən 21-ci “Miqrantların Ariranq Multikultural Festivalı”nda (MAMF) Azərbaycan mədəniyyəti tanıdılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) maliyyə dəstəyi ilə yaradılan Azərbaycan guşəsində ölkəmizin zəngin tarixi və mədəni irsi, milli geyimləri, kəlağayı sənəti, ənənəvi çay mədəniyyəti və milli musiqisi koreyalı və əcnəbi ziyarətçilərə təqdim olunub. Festival iştirakçıları Azərbaycan xalqının milli adət-ənənələri və mədəni dəyərləri ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Azərbaycan guşəsi müxtəlif xalqlar arasında mədəni dialoqun təşviqinə və ölkəmizin mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verib.
Koreyada yaşayan soydaşlarımızdan Günay Kərimovanın rəhbərliyi ilə həyata keçirilən layihədə Leyla Məsimli və Əzizə Hüseynzadə də fəal iştirak ediblər.
Qeyd edək ki, Cənubi Koreyanın ən böyük multikultural festivallarından biri olan MAMF yerli hökumət, Kyonqsannam əyaləti Miqrant İşçilərin Rifahı Mərkəzi və Çanqvon Mədəniyyət Fondunun təşkilatçılığı ilə keçirilir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Baxış sayı:130
Bu xəbər 02 Noyabr 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















