İtaliyada pişiklərin müəmmalı şəkildə yoxa çıxması təşviş yaratdı
Icma.az, Oxu.az saytına istinadən bildirir.
İtaliyada heyvan hüquqları müdafiəçiləri pişiklərin kütləvi şəkildə yoxa çıxdığını bildirərək, bunun yaxınlaşan "Hellouin" bayramı ərəfəsində keçirilən qurbanvermə ayinləri ilə əlaqəli ola biləcəyini iddia ediblər.
Oxu.Az "La Nazione" nəşrinə istinadən xəbər verir ki, Milli Heyvanları Müdafiə Təşkilatının (ENPA) yerli bölməsinin prezidenti Mariya Roza İnkandela bu halların hər il təkrarlandığını bildirib.
"Bu, bayramdan əvvəlki həftələrdə keçirilən bir növ ritualdır. Pişikləri, bəlkə də, italyan olmayan və bunun üçün pul alan şəxslər tuturlar", - deyə o bildirib.
Aktivist COVID-19 pandemiyasından əvvəl Çitta-di-Kastello bölgəsində yandırılmış pişik qalıqlarının aşkarlandığını və bunun əsasında bir "sekta"nın fəaliyyətinin üzə çıxarıldığını xatırladıb.
Heyvansevərlərin şübhələri tünd rəngli avtomobildə olan bir kişi və qadınla bağlıdır. Şahidlərin sözlərinə görə, qadının avtomobildən düşərək pişiyi tutduğu və maşına saldığı görülüb. Lakin şahidlərdən heç biri avtomobilin dövlət qeydiyyat nişanını yadda saxlamayıb.
"Əvvəlki illərdə ağ, sonra qara pişikləri ovlayırdılarsa, indi zolaqlı pişiklər də hədəfdədir. Ümumilikdə 20-yə yaxın heyvan yoxa çıxıb. Ən böyük risk altında olanlar ev pişikləridir. Çünki onlar küçə pişikləri ilə müqayisədə daha mehribandır və insanlara asanlıqla yaxınlaşırlar", - deyə İnkandela əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:196
Bu xəbər 08 Oktyabr 2026 05:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















