Icma.az
close
up
RU
İtaliyada qızmar istiyə görə məhdudlaşdırıcı tədbirlər görülüb

İtaliyada qızmar istiyə görə məhdudlaşdırıcı tədbirlər görülüb

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Roma, 1 iyul, AZƏRTAC

İtaliyada paytaxt Romanın da yerləşdiyi Latsio regionunda anomal istilər səbəbindən açıq sahədə fəaliyyətlər günün müəyyən saatlarında dayandırılıb.

AZƏRTAC xəbər verir ki, regionda yüksək riskli hesab edilən günlərdə saat 12:30-dan 16:00-dək tikinti və təsərrüfatı sahələrində, karxanalarda və uşaq bağçalarında açıq fəaliyyətlərlə bağlı tətbiq edilən məhdudiyyətlər avqustun 31-dək qüvvədə olacaq. Lombardiya regionunda isə oxşar qərar sentyabrın ortalarına qədər qüvvədə qalacaq. Qızmar istinin hökm sürdüyü Siciliya, Apuliya, Umbria, Toskana, Abruzzo, Kampaniya, Kalabriya regionlarında da fəaliyyətlərlə bağlı məhdudlaşdırıcı tədbirlər görülüb. Genuyada isə 7:30-dan 9:30-dak yaşı 70-dən yuxarı olan insanların ictimai nəqliyyatdan pulsuz istifadəsinə icazə verilir.

Afrika antisiklonunun güclənməsi səbəbindən 17 şəhərdə qırmızı xəbərdarlıq elan edilib. Həmin şəhərlər paytaxt Roma, eləcə də Bolonya, Bolzano, Breşşia, Florensiya, Perucia, Turin, Viterbo, Ankona, Frozinone, Genuya, Latina, Milan, Palermo, Rietite, Trieste və Veronadır. Əhaliyə saat 11:00-18:00 arasında zərurət olmadığı təqdirdə evdən çıxmamaq tövsiyə edilib.

Toskana kimi ən isti bölgələrdə xəstəxanalara müraciətlər 20 faiz artıb. Bolonyada bir nəfərin günvurmadan öldüyü bildirilir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 İyul 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see299

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see290

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see287

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see283

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see282

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see277

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see268

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see267

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see260

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see259

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see239

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see235

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see234

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see233

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see230

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see228

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see222

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see222

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see220

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri