İtaliyadan Azərbaycana 222 min manata heykəl gətirilib
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Bu ilin ilk 5 ayı ərzində Azərbaycana xarici ölkələrdən 176 ədəd heykəl idxal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xaricdən gətirilən heykəllərin 175-i Çindən, 1-i isə İtaliyadan idxal edilib.
Qeyd edək ki, Çindən gətirilən heykəllərin bir ədədinin orta gömrük dəyəri 17,5 dollar (29,8 manat), İtaliyadan gətirilən bir heykəlin gömrük dəyəri isə 130,8 min dollar (222,4 min manat) təşkil edib.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə Azərbaycana xaricdən builkindən 9 dəfə az – 19 heykəl gətirilib. Lakin ötən il idxal olunan heykəllərin gömrük dəyəri daha yüksək olub.
Belə ki, 2025-ci ilin ilk 5 ayında Niderlanddan gətirilən bir heykəlin gömrük dəyəri 515,8 min dollar (876,8 min manat) təşkil edib.
Elnur Əli
Baxış sayı:117
Bu xəbər 06 Avqust 2026 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















