İtaliyadan kritik qərar: Bab əl Məndəb boğazına qoşun yeridilir
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İtaliyanın müdafiə naziri Quido Krozetto ölkəsinin Bab-əl-Məndəb boğazında İtaliyaya məxsus gəmilərin təhlükəsiz keçidini müstəqil şəkildə təmin etmək niyyətində olduğunu bəyan edib.
Oxu.Az bu barədə "Il Messaggero" qəzetinə istinadən xəbər verir.
"Bab-əl-Məndəb boğazında yaranan və Hörmüz boğazındakı böhranla üst-üstə düşərək iqtisadi fəsadlara yol açan mürəkkəb vəziyyət fonunda biz Baş Qərargah rəisi ilə birlikdə İtaliya gəmilərinin təhlükəsiz keçidi üçün zəruri şərait yaratmaq məqsədilə Hərbi Dəniz Qüvvələrini cəlb etmək qərarına gəldik", - deyə o vurğulayıb.
Qeyd edək ki, Bab-əl-Məndəb boğazı qlobal dəniz ticarətinin 10%-ni və xam neft daşımalarının 12%-ni təmin edir.
Bu mövzuda digər xəbərlər:Husilər Bab əl Məndəb boğazına nəzarəti gücləndirir
10 Sentyabr 2026 15:02
İtaliya Bab əl Məndəb boğazına gəmilər göndərir KONKRET
20 Sentyabr 2026 16:45
İran Bab əl Məndəb boğazını bağlamaqla hədələyib
26 Mart 2026 09:48
Husilər Bab əl Məndəb boğazını bağlamaqla hədələyirlər
19 Aprel 2026 21:36
İran Bab əl Məndəb boğazını bağlamaqla HƏDƏLƏDİ
05 İyun 2026 18:53
Baxış sayı:162
Bu xəbər 18 Sentyabr 2026 00:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















