İtaliyanın Azərbaycandakı səfiri Səhiyyə Nazirliyində olub FOTO
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Səhiyyə Nazirliyində İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançesko ilə görüş keçirilib.
Bu barədə Bakıvaxtı.az-a Səhiyyə Nzirliyindən bildirilib.
Məlumata görə, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfərinin iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsində xüsusi rolunu vurğulayıb. O, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın humanitar və mədəniyyət sahələrində təşəbbüslərinin əməkdaşlığın genişlənməsinə verdiyi töhfələri qeyd edib.
Teymur Musayev iki ölkə arasında səhiyyə sahəsində əlaqələrin daha da dərinləşdirilməsinin əhəmiyyətini qeyd edərək, İtaliya tərəfi ilə praktiki əməkdaşlığa hazır olduqlarını bildirib.
Çıxışının sonunda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini qeyd edib.
Öz növbəsində Luka Di Canfrançesko ölkələrimiz arasında 1992-ci ildən etibarən diplomatik əlaqələrin qurulduğunu və bu müddət ərzində İtaliya və Azərbaycan dövlətləri arasında əməkdaşlığın müsbət dinamika ilə inkişaf etdiyini diqqətə çatdırıb. Səfirin sözlərinə görə, ötən illər ərzində Azərbaycan-İtaliya münasibətləri böyük yol keçərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Həmçinin, Azərbaycan Səhiyyə Nazirliyi ilə səmərəli əməkdaşlığın qurulmasında da maraq ifadə olunub.
Görüşdə Azərbaycan və İtaliya arasında səhiyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Həmçinin, səhiyyə sistemlərinin rəqəmsallaşdırılmasının tətbiqi üzrə əməkdaşlığın qurulması, əczaçılıq, tibb təhsili, həkimlərin təkmilləşdirilməsi, səhiyyə idarəçiliyi sahəsində təcrübə mübadiləsinin vacibliyi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 01 Dekabr 2025 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















