Icma.az
close
up
RU
Sahibə Qafarova İtaliyanın Azərbaycandakı səfiri ilə görüşdü FOTO

Sahibə Qafarova İtaliyanın Azərbaycandakı səfiri ilə görüşdü FOTO

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 23-də İtaliya Respublikasının Azərbaycandakı səfiri Luka Di Cianfrançesko ilə görüşüb.

Redaktor.az xəbər verir ki, görüşdə Azərbaycanla İtaliya arasında əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə olunub. Bildirilib ki, enerji və iqtisadi sahədə mövcud olan əməkdaşlıq əlaqələri digər sahələrdə də münasibətləri daha da genişləndirməyə imkan verir.

Söhbət zamanı, parlamentlər arasında əlaqələrin daha da inkişafının vacibliyi qeyd olunub. Vurğulanıb ki, parlamentlərarası əlaqələr oxşar dəyərlərə malik olan xalqlarımızın bir-birini daha yaxından tanımasına, bu əlaqələrin daha da gücləndirilməsinə xidmət edir. Qarşılıqlı təmasların gücləndirilməsində dostluq qruplarının mühüm rola malik olduğu qeyd edilib. Tərəflər  qanunverici orqanların beynəlxalq platformalarda da əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər. İki ölkə arasında strateji əlaqələrə uyğun olaraq, parlamentlər arasında əlaqələndirmə və qarşılıqlı dəstəyin daha da gücləndirilməsinin əhəmiyyəti qeyd edilib.

Milli Məclisin sədri Sahibə Qafarova özünün İtaliyaya rəsmi səfərini məmnunluqla xatırlayaraq, qarşılıqlı səfərlərin əlaqələrin daha da genişləndirilməsinə müsbət töhfə verdiyini bildirib. O, İtaliya parlamentinin üzvlərinin bu il ölkəmizdə keçirilən prezident və parlament seçkilərini müşahidə etdiyini, həmçinin COP29 çərçivəsində keçirilən Parlament görüşündə iştirak etdiklərini xatırladıb.

Söhbət zamanı Milli Məclisin sədri deyib ki, Azərbaycan 30 illik işğala, bir milyondan artıq qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, suveren, müstəqil, demokratik, inkişaf edən ölkədir. Buna baxmayaraq, spiker Sahibə Qafarova bəzi Qərb ölkələrinin Azərbaycana qarşı yalan, böhtan kampaniyası apardığını, xüsusilə, COP29 ərəfəsində bu cür kampaniyaların daha da genişləndiyini bildirib. O cümlədən, bəzi milli parlamentlərdə və beynəlxalq parlament təşkilatlarında ölkəmizlə bağlı qərəzli qərarların qəbul edilməsinin yolverilməz olduğu, bu addımın həmin təşkilatların özlərinin nüfuzuna xələl gətirdiyi vurğulanıb. Sahibə Qafarovanın sözlərinə görə, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü, suverenlik məsələlərinə münasibətdə ikili standartlar qəbulolunmazdır.

O, həmçinin, regionda mövcud olan vəziyyət, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işləri barədə də diplomata məlumat verib. Spiker bir sıra Qərb ölkələrinin regionda sabitliyi pozmaq cəhdlərini tənqid edib.

İtaliyanın ölkəmizdəki səfiri Luka Di Cianfrançesko COP29-un uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb. O, İtaliya Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin bu mühüm qlobal tədbirdə iştirak etdiyini söyləyib.

Diplomat ölkəsi ilə Azərbaycan arasında çoxşaxəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu,  səfirlik olaraq, bu əlaqələrin daha da inkişafına töhfə verməyə çalışdıqlarını qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Dekabr 2024 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see295

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see236

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see196

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see195

Epşteyn işinə görə ABŞ Konqresində ifadə verməlidir

23 Noyabr 2025 13:07see179

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see150

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see147

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see144

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see141

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see134

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see134

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see132

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see129

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see129

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see129

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see127

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see127

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see127

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see127

Merzdən Ukrayna ilə bağlı bəd xəbər

23 Noyabr 2025 19:15see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri