“İtaliyanın Azərbaycanın əsas şərab təchizatçısına çevrilib” Cecilia Oliva
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“İtaliyanın Azərbaycana ərzaq məhsulları ixracı 2025-ci ildə təxminən 15,51 milyon avroya çatıb. 2023-cü ildə bu göstərici 14,43 milyon avro təşkil edib, beləliklə, təxminən 7,5 faiz artım qeydə alınıb”.
525.az xəbər verir ki, bunu İtaliya Ticarət Agentliyinin Bakı Ofisinin direktoru Cecilia Oliva deyib.
O bildirib ki, müsbət dinamika 2026-cı ildə də davam edib, ilin ilk yeddi ayında ixrac 11,5 faizdən çox artıb.
“Şərab sektoru xüsusi diqqətə layiqdir. UN Comtrade məlumatlarına əsasən, 2025-ci ildə Azərbaycan ümumilikdə təxminən 5,9 milyon avro dəyərində üzüm şərabı idxal edilib. Bunun təxminən 2,17 milyon avroluq hissəsi İtaliyanın payına düşüb və ümumi bazarın təqribən 37 faizini təşkil edib. Bu göstərici İtaliyanın Fransanı qabaqlayaraq Azərbaycanın əsas şərab təchizatçısı mövqeyini təsdiqləyir. Bu rəqəmlər ümidverici olmaqla yanaşı, gələcək inkişaf üçün əhəmiyyətli potensialın mövcudluğunu da göstərir. Azərbaycan bazarı inkişaf edir və istehlakçıların yüksək keyfiyyətli məhsullara, premium qastronomik təcrübələrə və autentik beynəlxalq kulinariya ənənələrinə marağı getdikcə artır. 2025-ci ildə Azərbaycanın ərzaq məhsulları üzrə ümumi idxalının dəyəri təxminən 2,59 milyard ABŞ dollarına çatıb və əvvəlki illə müqayisədə 4,7 faiz artıb. Bu inkişaf eyni zamanda Azərbaycanın ötən ilin may ayında qəbul etdiyi 2026–2030-cu illər üzrə Aqrar İstehsalın və Emalın İnkişafı üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Proqram kənd təsərrüfatı və aqrar-emal sektorunun modernləşdirilməsini, məhsuldarlığın artırılmasını və daha dayanıqlı istehsal sistemlərinin təşviqini hədəfləyir”, - Cecilia Oliva deyib.
O bildirib ki, FAO bu strategiyanın həyata keçirilməsində Kənd Təsərrüfatı Nazirliyinə dəstək göstərir:
“Əsas diqqət iqlim dəyişikliklərinə davamlılıq, torpaq sağlamlığı və təbii resurslardan daha səmərəli istifadə məsələlərinə yönəldilir. Bu proses beynəlxalq əməkdaşlıq, texnologiya transferi və aqrar-ərzaq dəyər zəncirinin bütün mərhələlərində innovativ həllərin tətbiqi üçün də maraqlı imkanlar yaradır. Beləliklə, Azərbaycan İtaliya şirkətləri üçün yalnız makaron, sıxma zeytun yağı, pendir, qənnadı məmulatları, qəhvə və şərab kimi ənənəvi məhsullar baxımından deyil, həmçinin regional xüsusi dadlar və premium məhsullar üçün də maraqlı bazar hesab olunur”.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 12 Noyabr 2026 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















