İtkin düşən hərbçi Vüqar Babayevin qalıqları Göyçayda dəfn edildi FOTOLAR
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Birinci Qarabağ müharibəsində itkin düşən hərbçi Vüqar Səlim oğlu Babayevin nəşinin qalıqları Göyçay rayonunda ailəsinə təhvil verilib.
APA-nın Şirvan bürosu xəbər verir ki, əvvəlcə Göyçayın Qarabaqqal kəndində şəhid hərbçi ilə vida mərasimi keçirilib.
Mərasimdə kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra itkin şəhidin qalıqları Göyçay şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb, dualar oxunub.
Qeyd edək ki, 1972-ci ildə öyçayın Qarabaqqal kəndində anadan olan Vüqar Babayev 1994-cü ildə Kəlbəcər rayonu Yanşaq kəndi ərazisində gedən döyüşlər zamanı itkin düşüb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 19 Fevral 2026 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















