İtkin düşən oğlan komada TAPILDI
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Taylandda itkin düşən 17 yaşlı oğlan rusiyalı komada tapılıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Shot” Telegram kanalına istinadən məlumat yayılıb.
Məlumata görə, yeniyetmənin ailəsinə xəstəxanadan zəng edilib. Onlara itkin düşən 17 yaşlı oğlana bənzəyən, komada olan xəstə barədə məlumat verilib.
İddialara görə, yeniyetmə taksi qəzasına düşüb və hadisə zamanı sağ qalan yeganə şəxs olub. Hazırda onun vəziyyəti ilə bağlı əlavə məlumat yoxdur. Yeniyetmə hələ özünə gəlməyib.
17 yaşlı rusiyalı oktyabrın 5-də Phuketdə yoxa çıxıb. Məlumata görə, həmin gecə taksi ilə dostlarının yanına gedərkən onlara yolda olduğunu bildirən mesaj göndərib. Bundan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.
Aytəkin TOFİQQIZI
Baxış sayı:44
Bu xəbər 06 Oktyabr 2026 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















