Icma.az
close
up
RU
İtkinlərlə bağlı beynəlxalq konfrans iştirakçıları Şuşa həbsxanası ilə tanış olub VİDEO FOTO YENİLƏNİB 1

İtkinlərlə bağlı beynəlxalq konfrans iştirakçıları Şuşa həbsxanası ilə tanış olub VİDEO FOTO YENİLƏNİB 1

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçıları vaxtı ilə azərbaycanlı əsir-girovların saxlandıqları və dəhşətli işgəncələrə məruz qaldıqları Şuşa həbsxanası ilə tanış olublar.


APA-nın Qarabağ bürosu xəbər verir ki, qonaqlara Şuşa həbsxanası, burada aşkar edilən kütləvi məzarlıq barədə məlumat verilib.


Bildirilib ki, Şuşa həbsxanası 1848-ci ildə çar Rusiyası dövründə tikilib və burada ağır cinayətlər törətmiş insanlar saxlanılıblar. Şuşa şəhəri 1992-ci mayın 8-də Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildikdən sonra burada azərbaycanlı əsir və girovlar çox ağır şəraitdə saxlanılıb. Dövlət Komissiyasında olan məlumata görə, 400 nəfərə yaxın əsir və girov götürülmüş şəxslər burada saxlanılıb. Onlardan 216 nəfəri komissiyanın səyləri nəticəsində azad olunub. Həmin insanların böyük əksəriyyəti sonralar çəkdikləri əzab-əziyyət və mənəvi-psixoloji işgəncələr nəticəsində həyatlarını itiriblər. Şuşa həbsxanasında saxlanılan əsir və girovlara çox dəhşətli şəkildə işgəncələr verilib. Burada ölən, öldürülən əsir və girovlar ərazidə qeyri insani şəraitdə dəfn ediliblər. 2023-cü ildə bu ərazidə insan qalıqları aşkar edilib, üç mərhələdə qazıntı işləri aparılıb. Arxeoloqlar, antropoloqlar, eyni zamanda məhkəmə tibbi ekspertləri əraziyə cəlb ediliblər. Ərazidə 31 nəfər insan qalığı aşkarlanıb. Həmin insanlar qeyri-ənənəvi, işgəncə verilmiş halda və müxtəlif formalarda basdırılıblar. Hazırda həmin meyit qalıqlarının eyniləşdirilməsi prosesi həyata keçirilir.


Qeyd edək ki, oktyabrın 9-da Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

***

18:14

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçıları Şuşa şəhərinə səfər ediblər.

APA-nın Qarabağ bürosu xəbər verir ki, qonaqlar Şuşa şəhərinin mərkəzi meydanı və qala divarları ilə tanış olublar.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov onlara Şuşa şəhərinin tarixi, işğal dövründəki vəziyyəti, şəhərdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti ilə aparılan quruculuq işləri, tarixi abidələrin bərpası və nəzərdə tutulan planlar barədə məlumat verilib.

Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

***

16.56

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçıları Şuşaya səfər edib.

https://t.me/apa_az/106061

APA xəbər verir ki, heyət Ağdərədən sonra Şuşa şəhərinə gəlib. Qonaqların şəhərdə gəzintisi təşkil olunub. Onlar vaxtilə azərbaycanlı əsir-girovların saxlandıqları və dəhşətli işgəncələrə məruz qaldıqları Şuşa həbsxanası ilə tanış olacaqlar.

Sabah isə tədbir iştirakçıları Cəbrayıl və Zəngilanda olacaqlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://apa.az
archiveBu xəbər 10 Oktyabr 2025 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri